Icma.az
close
up
RU
Bu tarixdə Bakıda qaranlıq olacaq

Bu tarixdə Bakıda qaranlıq olacaq

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

2027-ci il avqustun 2-də nadir astronomik hadisə baş verəcək.

Həmin gün Günəş tam tutulacaq və bəzi ərazilərdə gündüz bir neçə dəqiqəlik qaranlığa çevriləcək.

"Yeni Sabah" xəbər verir ki, Ayın Günəşin qarşısından keçməsi nəticəsində yaranacaq tam Günəş tutulmasının maksimum müddəti 6 dəqiqə 23 saniyəyə çatacaq. NASA-nın hesablamalarına görə, tutulmanın ən uzun mərhələsi Misirin cənubunda, Luksor şəhəri yaxınlığında müşahidə ediləcək. Tam tutulma zolağı İspaniyanın cənubundan başlayaraq Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Yəmən və Somalidən keçəcək. Luksorda tam tutulma təxminən 6 dəqiqə 22 saniyə davam edəcək. Tutulmanın maksimum mərhələsi şəhərdə yerli vaxtla saat 13:05 radələrində baş verəcək. Dördpendirli pizza

Mütəxəssislərin hesablamalarına görə, bu hadisə 2027-ci ildə qurudan müşahidə edilə biləcək ən uzunmüddətli tam Günəş tutulması olacaq. Belə uzunmüddətli tam tutulmanın növbəti dəfə daha uzun müddətə baş verməsi üçün uzun illər gözləmək lazım gələcək.

Günəş tutulması Azərbaycandan da müşahidə ediləcək. Lakin ölkə tam tutulma zolağında yerləşmədiyi üçün burada Günəş tamamilə qaranlığa qərq olmayacaq. Bakıda tutulma yerli vaxtla saat 13:12-də başlayacaq, maksimum mərhələyə saat 14:11-də çatacaq və saat 15:06-da başa çatacaq.

Paytaxtda bu hadisə qismən Günəş tutulması kimi müşahidə ediləcək. Yəni 2027-ci il avqustun 2-də Bakıda Günəşin bir hissəsi Ay tərəfindən örtüləcək, lakin Luksor və digər tam tutulma zolağında yerləşən ərazilərdəki kimi bir neçə dəqiqəlik tam qaranlıq yaranmayacaq. Qeyd edək ki, Günəş tutulmasını müşahidə edərkən xüsusi qoruyucu eynəklərdən istifadə etmək lazımdır. Günəşə adi gün eynəyi ilə birbaşa baxmaq gözlər üçün təhlükəlidir./Sfera.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Sentyabr 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri