Bu tarixdə qaz olmayacaq
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 27.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

