Icma.az
close
up
RU
Prezident bu zavodun açılışında İŞTİRAK ETDİ FOTOLAR

Prezident bu zavodun açılışında İŞTİRAK ETDİ FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Nobel Food İndustry” MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib.

"Cebheinfo.az" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Əhməd Gözəl müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdilər.

“Azərsun Holdinq”ə məxsus “Qafqaz” konserv zavodu və “Shervan” MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları - popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur.

İllik istehsal həcmi 9600 ton olan zavodda dünyanın aparıcı ölkələrinin müasir avadanlıqları quraşdırılıb. İstehsalatda istifadə ediləcək günəbaxan, badam, fındıq kimi məhsullar yerli xammal hesabına təmin olunacaq. Ümumi sahəsi 7 hektardan çox olan müəssisədə 210 nəfər daimi işlə təmin ediləcək.

Zavodun ümumi investisiya dəyəri 38 milyon manat təşkil edir ki, bunun da 5 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.

Qeyd edək ki, Azərbaycanda istehsal, o cümlədən emal müəssisələrinin qurulması, onların fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi, rəqabətədavamlı məhsulun istehsalı və çeşidinin genişləndirilməsi ümumilikdə ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır.

Yerli xammal əsasında istehsalın genişləndirilməsi isə daxili bazarın sabit saxlanılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına da xidmət edir, ixrac potensialını daha da artırır. Bütün bunlar “Made in Azerbaijan” brendi ilə məhsulların xarici bazarlara çıxarılması məsələsində olduqca mühüm əhəmiyyət kəsb edir.

Bu yeni zavodun yaradılması ölkəmizdə sahibkarlığın təşviqi, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri