Icma.az
close
up
RU
“Bu tədbirlərin görülməsini zəruri hesab edirik” Büdcə müzakirələrində komitə sədrinin çıxışı AzPolitika onlayn siyasiictimai qəzet

“Bu tədbirlərin görülməsini zəruri hesab edirik” Büdcə müzakirələrində komitə sədrinin çıxışı AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında 2025-ci il üçün dövlət büdcəsi layihəsi müzakirə olunub.

“AzPolitika” xəbər verir ki, iclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edib. Millət vəkili bildirib ki, Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verir. 

Onun sözlərinə görə, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür: “Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, bioloji zənginliyin qorunması və inkişafı, tullantılatrın idarə olunmasının təkmilləşdirilməsi, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Yeri gəlmişkən, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. İştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir”.

Komitə sədri daha sonra dövlət büdcəsində ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə ayrılan vəsaitlərin ilbəil artmasına diqqət çəkib.

O, qeyd edib ki, bu amil sosial-iqtisadi inkişafla bərabər, dövlətin bu sahəyə də xüsusi əhəmiyyət verdiyini bir daha göstərir: “Müqayisə üçün əgər 2018-ci ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi tədbirlərinə 178,3 milyon manat manat vəsait ayrılmışdısa, 2024-cü ildə bu rəqəm 376,9 milyon manat təşkil edir. 2025-ci il dövlət büdcəsi layihəsində isə ətraf mühitin mühafizəsi bölməsində 417,7 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 40,8 milyon manat çoxdur. Qeyd olunan vəsaitin 42,8 milyon manatı və ya 10,2%-i ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, meşə təsərrüfatı, hidrometeorologiya, balıqçılıq və ovçuluq tədbirləri üçün bilavasitə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə nəzərdə tutulur. Digər bölmələr də nəzərə alınmaqla, ümumilikdə gələn ilin büdcə layihəsində Nazirlik üçün 99,7 milyon manat, - cari il üçün təsdiq olunmuş 96,8 milyon manata qarşı 2,9 milyon manat çox vəsait nəzərdə tutulmuşdur. 2025-ci ilin ilkin büdcə layihəsində ətraf mühitin mühafizəsi bölməsi üzrə bir sıra digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarına 374,9 milyon manat, o cümlədən ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi tədbirləri üçün 326,9 milyon manat, torpaq, yer quruluşu tədbirləri üçün 18,6 milyon manat və ətraf mühitin mühafizəsinə aid digər tədbirlər üçün 29,5 milyon manat vəsait nəzərdə tutulur”.

Deputatın sözlərinə görə, Bakı və diğər şəhərlərdə ağacların suvarılması böyük çətinliklərlə üzləşir. O, vurğulayıb ki, ayrılan vəsaitlərin içərisində bu məsələnin nəzərə alınması məqsədəmüvafiq olardı: “Hesab edirik ki, bu sahəyə ayrılan vəsaitlərin həcminin və dövlət büdcəsində xüsusi çəkisinin artması ilə yanaşı, xərclərin səmərəlilik indeksinin yüksəldilməsi, xüsusən də ərazilərin təmizlənməsi, çirkab suların yığılması və tullantıların idarə olunması tədbirləri üçün nəzərdə tutulan və büdcənin tərkibində böyük hissə təşkil edən xərclərin nəticəəsaslılığının təmin edilməsi, onların qarşıda duran hədəf və prioritetlərə çatmaq baxımından düzgün bölüşdürülməsi və istifadəsi, bu istiqamətdə daha da ciddi uğurların əldə olunmasına xidmət etmiş olacaq”.

Sadiq Qurbanov çıxışında daha sonra büdcənin əsas göstəricilərinə toxunub. Bildirib ki, 2024-cü ilin birinci yarısında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) real ifadədə 4,3 artıb və cari qiymətlərlə 59,5 milyard manat, adambaşına düşən ÜDM isə 3,8% artaraq 5840,7 manat təşkil edib: “Hesabat dövründə neft-qaz və qeyri-neft-qaz sektorlarının ÜDM-də xüsusi çəkiləri müvafiq olaraq 34,8% və 65,2% olub. Hesabatda həmçinin, cari ilin birinci yarısında neft hasilatının 4,9% azalması və əmtəəlik qaz hasilatının isə 5,3% artması fonunda neft-qaz sektorunda ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artıb. Eləcə də investisiyaların cəmi 34,9 faizi, yaxud 3,3 milyard manatı neft-qaz sektoruna yönəldilib. Bu göstəricilər onu deməyə əsas verir ki, neft-qaz sektoru hələ də ölkə iqtisadiyyatının lokomotivi rolunu oynamağı davam etdirməsinə baxmayaraq qeyri-neft-qaz sektorunun daha yüksək templə inkişaf etdirilməsi, neft-qaz sektorunun ölkənin iqtisadiyyatında payının azaldılmasına xidmət edir ki, bu da ölkə siyasətinə tam uyğundur”.

Komitə sədri qeyd edib ki, neft-qaz sektorunda hasilat proqnozları nəzərə alınmaqla icmal büdcənin gəlirlərinin 2025-ci ildə baza ssenarisinə nəzərən optimist ssenaridə 2,2 milyard manat çox olacağı gözlənilir.

“Büdcə zərfində bütün sahələr üzrə rəqəmlər verilib. Göründüyü kimi, dövlət büdcəsinin neft-qaz sektoru üzrə pronozları dünya enerji bazarında baş verən proseslər, ölkə iqtisadiyyatının inkişaf parametrləri, xüsusilə fiskal göstəricilərdə dayanıqlığın və risklərə qarşı davamlılığın, habelə makro-fiskal çərçivədə uyğunluğun təmin olunması nəzərə alınmaqla hazırlanıb”, - o əlavə edib.

Millət vəkili çıxışının sonunda qeyd edib ki, son illərdə ölkədə geniş miqyasda yaşıl enerjiyə keçidlə bağlı layihələr, o cümlədən bununla bağlı xarici investisiyalar hesabına reallaşdırılacaq meqa generasiya gücləri və infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində bu sahənin bərpa olunan energetika sektorunda yeni inkişaf mərhələsi başlayacaq və gələcəkdə ölkənin büdcə gəlirlərinin formalaşmasında yaşıl energetika sektoru əhəmiyyətli paya sahib olacaq.

“Qeyd etdiyimiz bu məqsədlərə və 2030-ci ilədək Azərbaycanın bərpa olunan enerji üzrə hədəflərinə nail olmaq üçün müvafiq işlərin, tədbirlərin sürətləndirilməsini və bu sahədə olan çətinliklərin aradan qaldırılmasını, eləcə də bu sahə üzrə kadr hazırlığını həyata keçirmək üçün respublikanın müvafiq ali təhsil müəssisələrinin birində ixtisasın açılmasını zəruri hesab edirik. 2025-ci il Dövlət Büdcəsi cənab Prezident İlham Əliyev siyasətinin iqtisadi təntənəsidir və bütün sahələrin inkişafına xidmət göstərəcək”, - Sadiq Qurbanov vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see206

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see172

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see150

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see144

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see139

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see133

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see122

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri