Icma.az
close
up
RU
“Bu, təhsil sistemimizin uşaqlar üzərində yaratdığı təzyiqin nəticəsidir”

“Bu, təhsil sistemimizin uşaqlar üzərində yaratdığı təzyiqin nəticəsidir”

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“Tanınmış yazıçı Müşfiq Xanın oğlunun evdən qaçması cəmiyyətimiz üçün ciddi bir siqnaldır. O, məktubunda dərslərin onu sıxdığını, yorulduğunu və bu səbəbdən evdən ayrıldığını bildirib. Bu, təkcə bir fərdin problemi deyil, ümumi təhsil sistemimizin uşaqlar üzərində yaratdığı təzyiqin nəticəsidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu tanınmış təhsil eksperti Kamran Əsədov öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, hazırkı təhsil sistemində şagirdlərin həyatında balans yoxdur:
“Onlar günlərinin böyük hissəsini dərs oxumağa, hazırlıqlara və imtahana hazırlaşmağa sərf edirlər. Uşaqlıq çağları, oyun, sərbəst zaman və sosiallaşma imkanları minimuma enib. Belə mühitdə böyüyən uşaqların psixoloji yorğunluq yaşaması, hətta özlərini çıxılmaz vəziyyətdə hiss edərək qaçmaq kimi radikal qərarlar verməsi təəccüblü deyil”.
K. Əsədov bildirib ki, ali məktəblərə qəbulun çətinliyi ilə yanaşı, ümumi təhsilə yanaşma da problemlidir:
“Qəbul imtahanlarına hazırlıq sistemi şagirdlərə bilik qazandırmaqdan çox, test texnikasına öyrəşdirmək məqsədi daşıyır. Müxtəlif ölkələrin təhsil modellərində imtahan yükünün balanslı şəkildə paylandığını görmək mümkündür. Məsələn, Finlandiya və Estoniya kimi ölkələrdə imtahan sistemi uşaq psixologiyasına uyğun qurulub. Bizdə isə məktəb və hazırlıq prosesi şagirdləri bir yarış iştirakçısı kimi formalaşdırır”.
Ekspert problemin həlli üçün təhsil sistemində ciddi dəyişikliklər edilməli olduğunu qeyd edib və öz versiyalarını yazıb:
Şagirdlərin asudə vaxtı və psixoloji rahatlığı nəzərə alınmalıdır;
Məktəblərdə tədris yükü balanslaşdırılmalı, təcrübəyə və interaktiv metodlara üstünlük verilməlidir;
Uşaqların psixoloji sağlamlığına xüsusi diqqət yetirilməli, psixoloq xidməti effektiv olmalıdır;
Qəbul imtahanlarının forması və məzmunu müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.
“Əks halda, təhsil sistemimizin təzyiqi altında böyüyən nəsil ya psixoloji sarsıntılar keçirəcək, ya da müxtəlif yollarla bu sistemdən qaçmağa çalışacaq”, - K. Əsədov yazıb.
Xatırladaq ki, bir müddət əvvəl yazıçı Müşfiq Xanın oğlu dərslərdən yorulduğunu bildirən bir məktub yazaraq evi tərk edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 03 Mart 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri