Icma.az
close
up
RU
İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman

İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

BAKU.WS bununla bağlı President.az-a istinadən xəbər verir.

Fərman ixracda hesablaşmaların aparılma qaydalarının təkmilləşdirilməsi və hesablaşmalara nəzarət prosedurlarının optimallaşdırılması məqsədilə imzalanıb.

Sənədə əsasən, Nazirlər Kabineti ixrac olunan malların müqabilində əldə edilən vəsaitin ixracatçıların Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi barədə təkliflərini bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan qaydalar qüvvəyə mindiyi tarixdən doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydalarına dair təkliflərini iki ay müddətində hazırlayıb Mərkəzi Banka təqdim etməlidir.

"Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.1-ci bəndi aşağıdakı redaksiyada verilir:

"12.1. Şəxslər tərəfindən xarici ölkələrə mal ixracı ilə bağlı hesablaşmalar "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq aparılır".

Qaydalarda 12.2-ci (Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər) bənd ləğv edilir.

12.3-cü və 12.4-cü bəndlər isə aşağıdakı redaksiyada verilir:

"12.3. İxrac olunan malların müqabilində əldə edilmiş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların "İntellektual gömrük" informasiya sistemi (bundan sonra - İGİS) vasitəsilə müvəkkil banklara ötürülməsini təmin edir.

12.4. Müvəkkil banklar ixrac müqavilələri üzrə ixrac olunan malların müqabilində əldə edilmiş vəsaitin şəxslərin müvəkkil bankdakı hesablarına daxil olması, habelə vaxtında köçürülməməsi barədə məlumatı 3 (üç) iş günü ərzində İGİS vasitəsilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürürlər".

Eyni zamanda 12.5-ci (Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.) və 12.6-cı (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər.) bəndlər də ləğv olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
İlham Əliyevdən FƏRMAN
07 May 2025 15:53
seeBaxış sayı:46
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Noyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri