Icma.az
close
up
RU
Bu, təkcə Medinskinin yox, Rusiyadakı radikal şovinist mərkəzlərin ortaq fikridir Deputat

Bu, təkcə Medinskinin yox, Rusiyadakı radikal şovinist mərkəzlərin ortaq fikridir Deputat

525.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi Rusiyada millətçi əhval-ruhiyyəni daha da yüksəldir. Beləliklə “velikorus şovinizmi”nin cəmiyyət təzahürləri ilə üz-üzə qalmaqda oluruq. Yaranmış ekstremal vəziyyət bəzi rus siyasətçilərini düşüncələrində olan məsələləri dilə gətirməyə vadar edir: Medinskinin uğursuz Ukrayna Qarabağ müqayisəsi də bu kontekstdə qiymətləndirilməlidir.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Baboğlu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin “Russia Today” kanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Xatırladaq ki, Medinski müsahibəsində keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif edib, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim etməyə çalışıb.

“Amma bu, o demək deyil ki, qeyd edilən sadəcə birdən-birə baş verən uğursuz bir açıqlamadır. Tamamilə belə deyil. Bu cür açıqlama və belə müqayisə əslində rus şovinst dairələrinin Qarabağa münasibətdə yaranmış yeni reallığın, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini qəbul etmək istəmədiklərinin göstəricisidir”, - deputat bildirib.

Əlavə edib ki, məsələnin ən pis tərəfi ondan ibarətdir ki, bu cür açıqlamalarla onlar hələ də həsədlə Qarabağın arxasınca baxmaqda davam edirlər və çox böyük həsədlə yenə də Ermənistan və Azərbaycan arasında nəzarət üçün açar olan bu vasitəni itirməklərinə təəssüf edirlər:

“Eyni zamanda, belə açıqlamalar əslində həm də fürsət düşdükdə yenidən Qarabağ mövzusunu gündəmə gətirmək niyyətlərinin ifadəsidir. Bu mənada bu cür açıqlamalar təkcə Medinskinin fikri deyil, Rusiyadakı radikal şovinist mərkəzlərin ümumi ortaq fikridir və bu çox qorxuludur. Buna görə də belə bəyanatlar açıq şəkildə və çox sərt şəkildə Azərbaycanın xarici siyasət idarəsi tərəfindən qınandı. Ümid edirik ki, bir də belə açıqlamalar olmayacaq”.

H.Babaoğlu əlavə edib ki, dərhal sonra Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Rusiyanın mövqeyini rəsmi şəkildə səsləndirməsi və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını bildirməsi əlbəttə ki, təqdirəlayiq hadisə kimi qiymətləndirilməlidir: “Əslində Zaxarova və bütün rus rəsmiləri dəfələrlə Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını ən ali səviyyədə ifadə ediblər. Ona görə də düşünürəm ki, Medinskinin uğursuz açıqlaması Mariya Zaxarovanın Rusiyanın mövqeyini yenidən səsləndirməyə vadar etdi”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri