Icma.az
close
up
RU
“Bu təşəbbüs həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımdır”

“Bu təşəbbüs həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımdır”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən suverenliyimizin tam bərpa olunması və Konstitusiyamızın 30 ilinin tamam olması ilə əlaqədar “Konstitusiya və Suverenlik” ilində ölkəmizdə ən böyük amnistiya təşəbbüsü irəli sürülüb. Bu qərar çox mühüm ictimai-siyasi, hüquqi və mənəvi bir addımdır. Bu həm də amnistiyaya düşəcək minlərlə insanların yüz minlərlə doğmalarının, yaxınlarının sevincinə səbəb olacaq. Qərarın ölkəmizdə 20 minə yaxın şəxsi əhatə edəcəyi gözlənilir. Hətta, bu, 20 mindən çox da ola bilər. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır”.

Bu sözləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

Deputat vurğulayıb ki, bu təşəbbüs Dövlət Başçımızın humanizm və mərhəmət prinsiplərinə yüksək önəmini nümayiş etdirir və həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımdır: “Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi naminə aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslərin, habelə həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Layihə, eyni zamanda qadınlara, 60 yaşına çatmış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər kateqoriyalara da şamil olunur. Amnistiyadan yararlanacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşaraq dövlətimizin inkişafına töhfə verəcəklərinə inanırıq”.

P.Vəliyeva qeyd edib ki, Azərbaycanda amnistiya aktları humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan hüquqi mexanizmlərdən biridir və müəyyən kateqoriyadan olan şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan tam və ya qismən azad edilməsini nəzərdə tutur: “Amnistiya aktlarının əsas məqsədi cəmiyyətə təhlükə yaratmayan, törətdiyi əmələ görə islah olunma potensialı olan şəxslərə yenidən sosial həyata qayıtmaq imkanı yaratmaqdır. Müstəqillik dövründə ölkəmizdə 70-ə yaxın əfv qərarı və 10-dan çox amnistiya aktı qəbul edilib. Ümummilli lider Heydər Əliyevin böyük humanizm və mərhəmət hislərindən irəli gələn qərarları ilə onun prezidentliyi dövründə ümumilikdə 7 amnistiya aktı qəbul edilib. Müxtəlif illərdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü amnistiya təşəbbüsləri on minlərlə insanı əhatə edib”.

O həmçinin deyib ki, 2021-ci ildə Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü Milli Məclis dəstəkləyərək, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsini qərara almışdı: “Həmin aministiya aktı 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub. Azərbaycanda amnistiya aktları yalnız hüquqi prosedur deyil, eyni zamanda dövlətin sosial məsuliyyətini, ədalət və mərhəmət dəyərlərinə sadiqliyinin ifadəsidir. Prezidentin bu təşəbbüsü xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha da möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin dərinləşməsinə böyük töhfə verəcək”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Dekabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri