QHT sədri: Amnistiya aktı hüquqi dəyərlərin təşviqinə və ictimai həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verəcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 23 dekabr, AZƏRTAC
Son günlər qəbul edilmiş amnistiya aktı Azərbaycan dövlətinin humanizm, ədalət və sosial məsuliyyət prinsiplərinə sadiqliyinin növbəti bariz nümunəsidir. Bu mühüm hüquqi sənəd rəsmi məlumatlara əsasən minlərlə məhkumu əhatə etməklə, onların ailələri və yaxınları üçün yeni ümidlər yaradır, cəmiyyətə yenidən inteqrasiya baxımından real imkanlar açır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.
O bildirib ki, amnistiya aktında qadınların, azyaşlı uşaqları olan şəxslərin, yetkinlik yaşına çatmayanların, yaşlıların və əlilliyi olan şəxslərin sosial həssas qruplar kimi nəzərə alınması dövlətin insan mərkəzli siyasətinin aydın göstəricisidir. Bu yanaşma cəza siyasətində təkcə hüquqi mexanizmlərin deyil, eyni zamanda, mənəvi və etik dəyərlərin də əsas götürüldüyünü nümayiş etdirir.
"Amnistiya aktı yalnız hüquqi prosedur kimi qiymətləndirilməməlidir. Bu qərar dövlətin vətəndaşa olan etimadının, islah və “ikinci şans” fəlsəfəsinin ifadəsidir. Cəzanın əsas məqsədi yalnız cəzalandırma deyil, eyni zamanda, şəxsin islahı, ailə münasibətlərinin bərpası və cəmiyyətə sağlam reinteqrasiyanın təmin edilməsidir.
Bu baxımdan qadınların və uşaqların ailə mühitinə qayıtması, yaşlı və fiziki məhdudiyyətli şəxslərin sosial qayğı ilə əhatə olunması sosial sabitliyin möhkəmləndirilməsinə, ailə institutunun qorunmasına və ümumilikdə ictimai rifahın gücləndirilməsinə xidmət edir",- deyə U.Mirzəyev vurğulayıb.
QHT sədri hesab edir ki, qəbul edilmiş amnistiya aktı hüquqi dövlət prinsiplərinin real həyatda tətbiqinin, ədalət və humanizm balansının qorunmasının mühüm göstəricisidir. Bu sənəd bir daha sübut edir ki, dövlətin gücü yalnız qanunun sərtliyində deyil, eyni zamanda, mərhəmətində və sosial məsuliyyətində təzahür edir.
Şübhəsiz ki, bu addım cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, hüquqi dəyərlərin təşviqinə və ictimai həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 23 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















