Bu təyyarənin qanadları futbol meydançasından böyükdür
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Amerikanın “Stratolaunch” aerokosmik şirkəti dünyanın ən uzun qanadlı nəhəng “Roc” təyyarəsinin növbəti sınaq uçuşunu həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Star” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, təyyarə bir-birinə birləşdirilmiş iki gövdəyə bənzəyən unikal dizayna malikdir.
Təyyarənin qanadlarının uzunluğu 117 metrdir ki, bu da bir futbol meydançasından daha uzundur.
Təyyarə altı "Boeing 747” mühərriki ilə təchiz olunub.
Təyyarənin öz çəkisi 226 ton olsa da, maksimum uçuş çəkisi 590 tondur.
O, 10 kilometr hündürlükdə uçmaq üçün nəzərdə tutulub.
Ən böyük təyyarə adını ərəb və fars mifologiyasından olan nəhəng quşun adından götürür.
Onun orbitə hava ilə buraxılan kosmik gəmilər üçün faydalı olacağı gözlənilir.
Qeyd edək ki, “Roc”un sınaq uçuşu ilk dəfə 2019-cu ilin aprel ayında baş tutub.
Xatırladaq ki, “Stratolaunch” 2011-ci ildə “Microsoft”un həmtəsisçisi Pol Allen tərəfindən qurulub.





Bu mövzuda digər xəbərlər:Qanadları futbol meydançasından böyük olan nəhəng təyyarənin uçuşu baş tutdu
14 Dekabr 2025 23:37
Təyyarənin qanadları qopdu: Fəlakət...
18 Fevral 2025 19:31
Quşların qanadları da yoxdursa...
29 Sentyabr 2025 10:31
Sakit okean niyə bu qədər böyükdür?
13 İyul 2025 22:34
Oyun meydançasından çəkiliş meydançasına Balaxanı neftçilərinin futbol komandası filmdə yer aldı
28 İyul 2025 11:50
Baxış sayı:58
Bu xəbər 15 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















