Icma.az
close
up
RU
Oyun meydançasından çəkiliş meydançasına Balaxanı neftçilərinin futbol komandası filmdə yer aldı

Oyun meydançasından çəkiliş meydançasına Balaxanı neftçilərinin futbol komandası filmdə yer aldı

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Balakhani Operating Company LTD”-nin futbol komandası tarixi Zəfərimizin 5 illiyinə həsr edilən filmdə yer alıb.

“Qafqazinfo” xəbər verir ki, hasilat şirkətinin dəstəyi ilə həyata keçirilən layihə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsüdür.

Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsərlərinin birinin motivləri əsasında çəkilən qısametrajlı bədii film Vətən müharibəsi qazisinin müharibədən sonrakı həyatından bəhs edir. Gənc rejissor Gəray Həsənovun filmində baş rolları Azər Aydəmir, Günay Əhməd və Nurlan Mürsəlzadə ifa edirlər. ASAN TV tərəfindən həyata keçirilən çəkiliş prosesində YAŞAT Fondu ekspert dəstəyi ilə çıxış edir.

Bakıdakı yaşayış ərazilərinin birində çəkilən futbol səhnəsində “Balakhani Operating Company LTD”-nin futbol komandasının üç üzvü Bəxtiyar Fərəcov, Sərxan İrzaquliyev və Rəhman İsrafilov yaradıcı heyətə qoşulublar.

Özü Vətən müharibəsi iştirakçısı olan Sərxan İrzaquliyev çəkiliş zamanı həyəcanını gizlətməkdə çətinlik çəkirdi. “Baş rolun ifaçısı Azər Aydəmirin rahatlığını gördükdən sonra mənim də həyəcanım tədricən keçdi. Çəkiliş zamanı “müharibə veteranı” ifadəsi səsləndikcə, 44 günlük Vətən müharibəsində yaşadığım anlar gözlərimin önündən keçirdi və özümü bir daha çox qürurlu hiss edirdim. Bu qələbəmizi filmlərdə və ekranlarda yaşadan hər kəsə öz minnətdarlığımı bildirirəm”.

Veteran Bəxtiyar Fərəcov isə çalışdığı hasilat şirkətinin belə layihəyə dəstək verməsini çox təbii hesab edir: “Sıralarımızda 400-ə  yaxın 2-ci Qarabağ Müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri çalışır. Bu filmdə iştirak etmək mənim üçün böyük qürur mənbəyi idi.  Çəkiliş prosesi çox maraqlı və həyəcanlı keçdi. Bu layihədə mənə də yer verildiyi üçün şirkətin bütün kollektivinə və çəkilişdə əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Rəhman İsrafilov da istidə açıq hava şəraitində keçirilən çəkilişlərdən sonra layihədə iştirakından olduqca məmnun idi. “”Qazilərimizlə eyni səhnələri paylaşmaq çox dəyərli bir hiss idi. Filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.”

Qeyd edək ki, “Balakhani Operating Company LTD”-nin futbol komandası “Əsrin Müqaviləsi”nin 30 illiyinə həsr edilmiş SOCAR-2024 minifutbol turnirinin qalibləridir.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 İyul 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri