Icma.az
close
up
RU
Bu, Türkiyə ilə ortaq həyata keçirilən xarici siyasətin nəticəsidir Zahid Oruc

Bu, Türkiyə ilə ortaq həyata keçirilən xarici siyasətin nəticəsidir Zahid Oruc

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə səfiri Cahit Bağçını qəbul edərkən deyib ki, Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcək.Bu, Azərbaycanla İsrail arasındakı münasibətlərə hansı formada təsir edə bilərmi?
Məsələ ilə bağlı millət vəkili Zahid Oruc Demokrat.az-a açıqlama verib. 
O qeyd edib ki, Suriyada 12 ildən artıq davam edən din bayraqlı müxtəlif silahlı terror birləşmələrinin və qlobal güclərin maraqlarının toqquşduğu bir məkanda proseslər Bəşər Əsəd hakimiyyətinin çöküşü ilə nəticələndi:
“Bu özlüyündə nəinki bir ölkə daxilində, Yaxın Şərqdə gələcək geosiyasiya arxitekturasının dəyişilməsində önəmli rol oynadı. Hətta bir çoxları bunu qlobal proseslərin gələcək təhlükəsizlik formatının ayrılmaz parçası hesab edirlər. Həqiqətən də Suriya böyük tikə idi, bir çox dövlətlər onun udmaq üçün çalışılırdı. Digər tərəfdən, Türkiyə qarşı oynanılan oyunlar, qlobal həyata keçirilən layihələr idi. Uzun illər kürdlərin silahlandırılaraq Türkiyə qarşı qoyulub. Buna da milyardlarla dollar xərclənirdi. Bütün bu tabloda Bəşər Əsəd rejiminin çöküşü ilə Türkiyə 10 ildən çox öz ərazisində qucaq açdığı və ən yüksək münasibətləri bəslədiyi suriyalılar öz ölkələrinə qayıtdılar. Bu özlüyündə fərqli bir reallıqlar meydana gətirir. Türkiyənin bu geosiyasi qələbəsi bir sıra dairələrdə çox ciddi narahatlıqlar doğurur. Əlbəttə, digər tərəfdən, bəlkə də İran və Türkiyə münasibətlərinin yaxın olması fonunda Əsəd hakimiyyətinin devrilməsi bir çox qüvvələrin iki ölkəni toqquşdurmaq istəyini ortaya qoyur. Bu da inkaredilməz faktdır”. 
Deputat əlavə edib ki, belə bir şəraitdə Türkiyə və Azərbaycan Suriya üzərində ilk növbədə insani addımlarını həyata keçirirlər:
“Bir tərəfdən, ona görə ki, bizə qardaş ölkə regionda təkcə özü üçün deyil, bütün bölgənin təhlükəsizliyini təmin edən əsas qlobal güclərdən biridir. Bir yandan Cənubi Qafqaz və Yaxın Şərq arasında müxtəlif əlaqələr və bağlar yaradılır, qurulur. Bu əsnada biz tam məsuliyyətlə deyə bilərik ki ölkəmizin bu əsnada aldığı qərarlar Prezident İlham Əliyevin Vətən müharibəsində qələbəsinin, onun liderliyi ilə əldə etdiyimiz qələbənin bilavasitə nəticəsidir. Ölkəmiz regional güc kimi çıxış edir. Azərbaycan həqiqətən Suriyadakı proseslərə indi humanitar bir platformalar, bağlar, əlaqələr üzərindən qatqılarını edir. Bu, Türkiyə ilə ortaq həyata keçirilən xarici siyasətin nəticəsidir. Doğrudur, bir çoxları güya burada o təhlükə amillərini vurğulayarkən Azərbaycanın indi daha ağır çəkili bir proseslərdə yer aldığını iddia edirlər.  Düşünürəm ki, ölkə rəhbəri bu siyasəti son dərəcə bir strateji kurs kimi müəyyənləşdirib, həyata keçirir. Ona görə də İsrail-Azərbaycan münasibətləri zamanın sınağından çıxıbdır. Çox ümidvarıq ki, bu siyasət eynən İsrail, Türkiyə, Azərbaycan münasibətlərini də qoruyub saxlayacaqdır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Yanvar 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri