Icma.az
close
up
RU
Zahid Oruc: Ortaq bir qiymət tarifi yoxdur

Zahid Oruc: Ortaq bir qiymət tarifi yoxdur

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Azərbaycanda tikinti sektorunda yaranan problemlərin məhkəmə sisteminə yönəlmədən həll olunması üçün vahid qiymətləndirmə meyarlarına ehtiyac var.

Mia.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 90-dan çox şirkət və qurum var ki, vətəndaşlar onların mənzil və torpaq sahələrinin dəyərinin müxtəlif meyarlarla ödənildiyini bildirirlər: “Amma ortaq bir qiymət tarifi yoxdur. Bu isə narazılıqlara səbəb olur. Bəzən isə özəlləşdirilməmiş və ya icazəsiz tikilmiş konstruksiyalar üçün vətəndaşlar yüksək kompensasiya tələb edirlər”.

O qeyd edib ki, Azərbaycanda 208 milyon kvadratmetrdən çox mənzil fondu mövcuddur ki, onun da böyük hissəsi özəl sektora məxsusdur: “Bakıda yenilənməli olan ərazilərin sayı çoxdur və bu, digər sahələrə də təsir göstərir. Tikinti sektoru təkcə 150 minə yaxın insanı işlə təmin etmir, həm də mebel, xidmət, rəqəmsal texnologiyalar kimi sahələri hərəkətə gətirir”.

O, əlavə edib ki, mənzil məsələsi sosial əhəmiyyətinə görə müqəddəs sayılır və xüsusilə gənc ailələr üçün əlçatan olmalıdır: “Azərbaycanda hələ də evsiz gənclərə ailə qurmaqda sosial çətinliklər yaranır. Halbuki Avropada, məsələn Almaniyada, əhalinin 60-70 %-i kirayədə yaşamaqla da həyatını rahat qura bilir. Bizdə isə evsizlik ciddi sosial baryerdir. Buna görə də mənzillərin qiymətləri tənzimlənməli, əlçatanlıq artırılmalıdır”.

Z. Oruc vurğulayıb ki, mənzil qiymətlərinə təsir edən amillərdən biri kimi bank kreditlərinin faiz dərəcəsidir: “Kredit resurslarının dəyəri, onların faiz göstəriciləri birbaşa olaraq mənzil bazarına təsir edir. Bu da qiymətlərin artımında mühüm rol oynayır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 May 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri