Bu universitetə 1500ə qədər tələbə qəbul olacaq
Icma.az, Metbuat saytına istinadən bildirir.
Növbəti tədris ilində Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır. Universitetdə əsasən mövcud fakültələr üzrə yeni ixtisaslar yaradılacaq. Bundan başqa tibb fakültəsinin və təbiət fənləri üzrə fakültənin açılması da nəzərdə tutulur.
Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə jurnalistlərə açıqlamasında bildirib.
Nazir həmçinin bildirib ki, universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparılır və növbəti ildən türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetində təhsil alması da planlaşdırılır.
Baxış sayı:84
Bu xəbər 30 Noyabr 2024 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















