Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB RƏSMİ AÇIQLAMA
Icma.az bildirir, Bizim media portalına istinadən.
Son vaxtlar bəzi təhsil müəssisələrində təqaüdlərin gec köçməsiylə bağlı şikayətlər artıb. Növbəti belə narazılıq Azərbaycan Dövlət Pedaqoji Universitetiylə əlaqəlidir. Belə ki, universitetin tələbələrinin yanvar ayı üzrə təqaüdləri hələ də ödənilməyib.
ADPU-nun mətbuat katibi Taleh Mirzəyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, hazırda texniki problem səbəbindən təqaüdlərin ödənilməsində müəyyən gecikmə yaşanır.
“Lakin problem sırf ADPU ilə bağlı deyil, həmçinin bir neçə ali təhsil müəssisələrində də eyni hal yaşanır. Təqaüdlərin köçürülməsi dövlət qurumları, universitet və bank arasında olan əlaqəli prosesdir. Buna görə də problem aradan qalxan kimi ödəniş həyata keçiriləcək. Yaxın günlərdə təqaüdlərin hesablara köçürüləcəyi gözlənilir”-deyə universitetdən bildirilib.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















