Icma.az
close
up
RU
Tələbə krediti ən çox hansı universitetin tələbələrinə verilib? RƏSMİ

Tələbə krediti ən çox hansı universitetin tələbələrinə verilib? RƏSMİ

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tələbə kreditləri gənclərə ali təhsil almaq üçün maliyyə dəstəyi təmin edən vacib vasitədir. Bu kreditlər sayəsində tələbələr təhsil haqlarını ödəyə, gündəlik xərclərini qarşılaya və akademik fəaliyyətlərinə tam fokuslana bilirlər. Tələbə kreditləri həm dövlət, həm də kommersiya bankları tərəfindən verilir və geri ödəmə şərtləri kreditin növünə və müddətinə görə dəyişir. Bu proqramlar gənclərə təhsildə bərabər imkanlar yaratmaqla, gələcəkdə karyera və peşə inkişafını dəstəkləməyə yönəlib.

Maraqlıdır, ötən dövr ərzində ən çox hansı universitetin tələbələri təhsil tələbə kreditinə müraciət ediblər? 

News24.az bu barədə Təhsil Tələbə Krediti Fonduna sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq fonddan bildirilib ki, statistik məlumatlara əsasən, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən - 2021-ci ilin noyabr ayından  bu günə qədər Fonda məxsus elektron portala daxil olan müraciətlərdən 63 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib:

 "Rəsmiləşən müqavilələr üzrə təhsil tələbə kreditindən (TTK) ən çox yararlanan tələbələr aşağıdakı ali təhsil müəssisələrinin tələbələridir:

TOP 5 ali təhsil müəssisəsi üzrə rəsmiləşən TTK müraciətləri:

1) Azərbaycan Dövlət İqtisad Universiteti – ümumilikdə 4094 rəsmiləşmə - 899 sosial TTK müqaviləsi, 3195 standart TTK müqaviləsi;

2) Gəncə Dövlət Universiteti – ümumilikdə 3620 rəsmiləşmə - 1329 sosial TTK müqaviləsi, 2291 standart TTK müqaviləsi;

3) Azərbaycan Texniki Universiteti – ümumilikdə 3251 rəsmiləşmə -1054 sosial TTK müqaviləsi, 2197 standart TTK müqaviləsi;

4) Bakı Dövlət Universiteti - ümumilikdə 2949 rəsmiləşmə - 834 sosial TTK müqaviləsi, 2115 standart TTK müqaviləsi;

5) Azərbaycan Kooperasiya Universiteti – ümumilikdə 2704 rəsmiləşmə - 706 sosial TTK müqaviləsi, 1998 standart TTK müqaviləsi;

Rəqəmlər onu göstərir ki, Fond fəaliyyətə başladığı dövrdən Təhsil Tələbə Kreditindən ən çox yararlanan ali təhsil müəssisəsi Azərbaycan Dövlət İqtisad Universiteti olub. Qeyd edək ki, bu statistik göstəricilər artan dinamika ilə dəyişməkdədir".

Qeyd edək ki, yalnız əyani təhsil alan və əvvəlki semestrlarda akademik borcu olmayan tələbələr təhsil tələbə kreditinə müraciət edə bilərlər.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Sentyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri