Icma.az
close
up
RU
Bu universitetlər Qarabağa köçürülə bilər

Bu universitetlər Qarabağa köçürülə bilər

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

"Universitetlərin Qarabağa köçürülməsi yalnız təhsil siyasəti deyil, həm də sosial-iqtisadi inkişafın mühüm tərkib hissəsidir. Bu proses müharibədən sonra bölgənin bərpası, məskunlaşmanın təşviqi və elmi biliklərin iqtisadiyyata inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır".

News24.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təhsil sistemində böyük tələbə kütləsinə malik bəzi universitetlərin Qarabağa köçürülməsi həm tələbə axınının bölgəyə yönəldilməsinə, həm də burada yeni akademik və sənaye mərkəzlərinin formalaşmasına imkan yarada bilər:

"Dünyada universitetlərin bölgələrin inkişafına necə təsir etdiyini göstərən çoxsaylı nümunələr mövcuddur. Məsələn, Cənubi Koreya 1960-1970-ci illərdə ali təhsil müəssisələrinin paytaxt Seuldakı sıxlıqdan azad olunması üçün bir sıra bölgələrə köçürmə proqramları həyata keçirdi. Bu proqramın nəticəsində Sejong şəhəri akademik və inzibati mərkəzə çevrildi və ölkənin innovasiya potensialı artdı. Digər bir nümunə ABŞ-dan gəlir. Kaliforniya Universiteti sisteminin müxtəlif ştat bölgələrində filiallarının olması yerli iqtisadi inkişafı stimullaşdırdı, elmi tədqiqatlar sənaye ilə birləşdi və məskunlaşmanı təşviq etdi.

Azərbaycanda isə universitetlər əsasən Bakıda cəmləşib və bu, paytaxtın sıxlıq problemlərini daha da artırır. Hazırda Bakıda yerləşən universitetlərdə təhsil alan tələbələrin sayı 150 minə yaxındır ki, bu da ümumi ali təhsil alan tələbə sayının böyük hissəsini təşkil edir. Bu tələbə kütləsinin bir qisminin Qarabağa yönləndirilməsi bölgənin inkişafına mühüm töhfə verə bilər. Burada əsas məsələ yalnız fiziki köçürmə deyil, həm də bu universitetlərin Qarabağda mövcud iqtisadi və sosial strukturla necə əlaqələndiriləcəyidir".

K.Əsədov qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşaya köçürülməsi bölgənin təhsil mərkəzinə çevrilməsi baxımından mühüm addım ola bilər:

"Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və burada pedaqoji təhsil verən universitetin olması həm şəhərin intellektual atmosferini gücləndirər, həm də bölgədə müəllim hazırlığını artıraraq yerli təhsil infrastrukturunun bərpasına xidmət edər. Hazırda Azərbaycanda pedaqoji ixtisaslar üzrə təhsil alanların sayı 20 mindən çoxdur və onların müəyyən hissəsinin Şuşada oxuması bu şəhərin təkcə mədəni deyil, həm də elmi mərkəzə çevrilməsinə imkan yaradacaq.

Azərbaycan Texniki Universitetinin Ağdama köçürülməsi isə sənaye və innovasiya potensialının artırılması baxımından əhəmiyyətlidir. Ağdamın müasir sənaye və logistika mərkəzinə çevrilməsi planlaşdırılır və burada texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlanması bölgənin gələcək iqtisadi inkişafı üçün mühüm rol oynaya bilər. Türkiyənin Sakarya Universiteti bu sahədə yaxşı nümunədir. Sakarya regionu əvvəllər iqtisadi cəhətdən geridə qalan bir bölgə idi, lakin universitetin burada yerləşdirilməsi nəticəsində mühəndislik, avtomobil və texnologiya sahələrində inkişaf başladı və regionun iqtisadi potensialı yüksəldi.

Azərbaycan Dövlət Aqrar Universitetinin Füzuliyə köçürülməsi isə bölgədə kənd təsərrüfatının inkişafına xidmət edə bilər. Füzuli geniş əkin sahələrinə malikdir və burada kənd təsərrüfatı üzrə kadr hazırlığının gücləndirilməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. İsrailin kənd təsərrüfatı universitetlərinin müxtəlif bölgələrdə yerləşdirilməsi nəticəsində bu ölkədə kənd təsərrüfatı elmi və texnologiyaları sürətlə inkişaf edib. Azərbaycan da bu təcrübədən yararlanaraq ADAU-nu Füzulidə yerləşdirsə, bölgədə aqrar elmin inkişafını stimullaşdıra və kənd təsərrüfatı sahəsində müasir yanaşmaların tətbiqini sürətləndirə bilər".

Ekspert əlavə edib ki, Bakı Mühəndislik Universitetinin Kəlbəcərə köçürülməsi bölgənin mühəndislik və texnologiya sahəsində inkişafına təkan verə bilər:

"Kəlbəcər həm mədən sənayesi, həm də hidroenergetika baxımından böyük potensiala malikdir. Kanada və Avstraliya kimi ölkələrdə dağ-mədən mühəndisliyi üzrə universitetlərin həmin sahələrin inkişaf etdiyi regionlarda yerləşdirilməsi iqtisadi effektivliyi artırıb. Azərbaycanda da Kəlbəcərdə bu sahə üzrə mütəxəssis hazırlığına ehtiyac var və BMU burada yerləşərsə, bölgənin sənaye və enerji sektorlarına ciddi töhfə verə bilər.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Laçına köçürülməsi isə şəhərsalma və infrastruktur layihələrinin daha sürətli və effektiv icrasına imkan yaradar. Laçın, xüsusilə keçid bölgəsi olaraq strateji əhəmiyyətə malikdir və burada inşaat və memarlıq sahəsində ixtisaslaşmış universitetin olması həm şəhərin inkişafına, həm də infrastruktur layihələrinin icrasına birbaşa töhfə verə bilər. Çin bu sahədə yaxşı təcrübəyə malikdir. Məsələn, Şanxaydan uzaq bölgələrdə yerləşdirilən inşaat və memarlıq institutları həmin regionların inkişafına ciddi təsir edib.

Bu universitetlərin Qarabağa köçürülməsi həm təhsil, həm də regional inkişaf baxımından böyük perspektivlər açır. Bunun üçün təkcə fiziki infrastruktur yox, həm də tələbələrin sosial rifahını təmin edəcək şərait yaradılmalıdır. Məsələn, tələbə şəhərciklərinin salınması, kampus əsaslı təhsil modelinin tətbiqi və bölgədə sənaye-universitet əməkdaşlığının inkişaf etdirilməsi bu prosesin uğurunu təmin edə bilər. Qarabağın iqtisadi inkişafı və məskunlaşması üçün universitetlərin burada yerləşdirilməsi həlledici faktor ola bilər, lakin bu, kompleks və uzunmüddətli strategiya əsasında həyata keçirilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see542

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see373

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see355

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see328

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see315

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see269

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see256

Azərbaycan bitkiçilik məhsullarının ixracını genişləndirir

23 İyul 2026 18:08see252

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see250

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see249

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see246

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see240

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see238

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see226

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see206

Azərbaycanda “Panorama by ELIE SAAB” brendi ilə ilk yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib

23 İyul 2026 16:49see205

Call of Duty oyununun mərhum yaradıcısına məxsus nadir Pagani hərraca çıxarılır

23 İyul 2026 16:22see201

“Ölkədəki ağır sosial iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla danışmaq xalqın problemlərinə biganəliyin göstəricisidir...“ Meybodi

24 İyul 2026 08:01see188

Ərəblər 30 dedi, “Mançester Siti” 50 istədi

24 İyul 2026 01:09see175

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri