Icma.az
close
up
RU
Bu vaxtadək utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB Xəbər saytı Son xəbərlər və Hadisələr

Bu vaxtadək utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu davam edir.

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətindən (ASC) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ötən ilin oktyabr ayından indiyə qədər 223 nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib və bu rəqəm hər gün artmaqdadır.

Qeyd olunub ki, "Təmiz Şəhər" ASC-nin operatorluğu ilə həyata keçirilən proqramda iştirak edən şəxslərə onların təhvil verdiyi nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq, təsdiqedici sənədlər üzrə ərizəçilərə 140 min manatdan çox birdəfəlik ödəniş verilmiş, o cümlədən yerli istehsal yeni nəqliyyat vasitəsinin satışı üzrə 25 000 manat güzəşt tətbiq edilib.

"Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.

Mövcud tələblərə əsasən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra çıxdaş arayışı əsasında zəruri məlumatlar vətəndaşların rahatlığını təmin etmək məqsədilə yaradılan www.nvu.gov.az portalına daxil edilməli və nəqliyyat vasitəsi ərizəçi tərəfindən seçilmiş utilizatorun qəbul məntəqəsinə təyin edilmiş vaxtda təhvil verilməlidir.

Hazırda reyestrdə qeydə alınmış yalnız bir utilizator "Fors" MMC nəqliyyat vasitələrinin utilizasiyaya qəbulunu Bakı şəhərində həyata keçirir. Bununla yanaşı, reyestrdə qeydiyyat üçün müraciət etmiş ərizəçilərin müraciətləri də baxılmaqdadır. Gələcəkdə regionlarda utilizatorların qeydiyyatı və qəbul məntəqələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur", - məlumatda vurğulanıb.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Yanvar 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri