Azərbaycana gətirilən elektromobillərin sayı AÇIQLANIB Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2 592 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edib.
BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda sözügedən avtomobillərin dəyəri 104 milyon 237 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bunlar miqdar baxımından 167 ədəd (6,9%), dəyər baxımından isə 5 milyon 938 min ABŞ dolları (6,04%) çoxdur.
Qeyd edək ki, bundan əlavə, hesabat dövründə Azərbaycana 314 milyon 456 min ABŞ dolları dəyərində 12 529 ədəd elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Həmçinin sözügedən dövr ərzində ölkəyə 205 milyon 693 min ABŞ dolları dəyərində 6 457 ədəd elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 21 Noyabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















