Icma.az
close
up
RU
Bu vəzifəli şəxslər də and içəcəklər

Bu vəzifəli şəxslər də and içəcəklər

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Xüsusi icra məmuruna dair tələblər məlum olub, and içəcəklər.

Bu, Milli Məclisin iyulun 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Xüsusi icra məmurları haqqında" qanun layihəsində əksini tapıb.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, pul öhdəlikləri barədə məhkəmə qərarını yerinə yetirə bilməyən şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 5 (beş) il müddətində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, habelə vəzifəsinin icrası ilə bağlı kobud pozuntulara görə hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik, notariat, xüsusi icra məmuru fəaliyyətinə xitam verilmiş şəxslər, ikili vətəndaşlığı olan, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə xüsusi icra məmuru işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxslər xüsusi icra məmuru ola bilməzlər.

Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, xüsusi icra məmuruna sahibkarlıq və digər ödənişli fəaliyyətlə məşğul olmaq qadağandır. Xüsusi icra məmuru siyasi partiyaya üzv ola və siyasi fəaliyyətlə məşğul ola bilməz. Xüsusi icra məmuru fəaliyyətə başlamazdan əvvəl siyasi partiyanın üzvlüyündən çıxmalıdır.

Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşı xüsusi icra məmuru ola bilər.

Xüsusi icra məmuru vəzifəsi üzrə vakansiyalar müsabiqə əsasında tutulur. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Müsabiqə Komissiyası 9 (doqquz) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Müsabiqə Komissiyası 3 (üç) üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), 3 (üç) üzvü Palata və 1 (bir) üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndədən, 1 (bir) üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim və 1 (bir) üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Palata və Notariat Palatası öz nümayəndələrini ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə 5 (beş) ildən artıq iş stajına malik olan şəxslər sırasından, Məhkəmə Hüquq Şurası və Vəkillər Kollegiyası isə öz nümayəndəsini 5 (beş) ildən artıq iş stajına malik olan hakimlər və vəkillər sırasından təyin edirlər. Həmin qurumlar tərəfindən həmçinin ehtiyat üzvlər müəyyən olunur. Müsabiqə Komissiyasının tərkibi və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Müsabiqə Komissiyasının sədri Komissiyanın birinci iclasında Komissiya üzvlərinin arasından seçilir. Müsabiqə Komissiyasının səlahiyyət müddəti 3 (üç) ildir. 3 (üç) ildən sonra onun üzvlərinin azı üçdə bir hissəsinin Müsabiqə Komissiyasının əsasnaməsi ilə müəyyən edilmiş ardıcıllığa və qaydaya uyğun olaraq rotasiyası həyata keçirilməlidir. Müsabiqə Komissiyası daxil olan müraciətlərə baxır, namizədlərlə müsabiqə keçirir və onun nəticələrinə dair qərar qəbul edir.

Müsabiqə Komissiyasına daxil olmuş müraciətlərə Komissiyanın iclaslarında 2 (iki) ay müddətində baxılır və yekun qərar qəbul olunur.

Xüsusi icra məmuru olmaq istəyən şəxslər azı 3 (üç) aylıq ilkin icbari hazırlıqdan keçməli və stajkeçməyə cəlb olunmalıdır. Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər. Bu şəxslər müsabiqənin test mərhələsindən də azad edilir.

Xüsusi icra məmurları fəaliyyətə başlamazdan əvvəl onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən şəhadətnamə və xidməti vəsiqə təqdim edilir. Şəhadətnamənin və xidməti vəsiqənin formaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhadətnamə verilən şəxslərin andiçməsini təşkil edir. Xüsusi icra məmuru Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə aşağıdakı məzmunda and içir:

"Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, qanunla mənə verilən hüquqları və üzərimə qoyulan vəzifələri vicdanla, qanunauyğun, qərəzsiz həyata keçirəcəyimə, peşə sirrini qoruyacağıma and içirəm.".

Andın mətni and içən xüsusi icra məmuru tərəfindən imzalanır və onun şəxsi işində saxlanılır.

Şəxs yalnız and içdikdən və barəsində məlumat Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edildikdən sonra xüsusi icra məmuru kimi fəaliyyətə başlaya bilər.

Xüsusi icra məmurları və onların köməkçiləri ixtisasının və peşə hazırlığının artırılması məqsədilə 2 (iki) ildən bir ödənişli təlim keçməlidirlər. Təlimin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 İyul 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see235

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see190

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see172

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see156

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see151

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see132

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see131

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see128

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see127

47 yaşılı ulduz bikinili fotoları ilə heyran etdi Foto

01 İyul 2025 13:29see125

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see122

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see120

Rusiya şovinizmi seçdi: “miqrant ovu” vəhşiliyinin səbəbi nədir?

01 İyul 2025 12:58see120

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see118

Xəbərdarlıq edildi: Hindistan problemlə üzləşəcək Rusiya S 400 lərinə görə

01 İyul 2025 14:11see118

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see116

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see114

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see113

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see113

Bakir Həsənov həbsdə qaldı

01 İyul 2025 13:33see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri