Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Bu vəziyyətdən biz də dərs çıxartmalıyıq” Qurbanov

“Bu vəziyyətdən biz də dərs çıxartmalıyıq” Qurbanov

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Qəbələ” oyunundan (2:0) sonra ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularımı təbrik edirəm. Düşünürəm ki, komandasının intizamlı oyununa görə Kaxaya ancaq təşəkkür düşür. Baxmayaraq ki, oyunun böyük hissəsini azlıqda keçirdilər, komanda öz əzmkar, intizamlı duruşunu dəyişdirmədi. Belə komandalar görəndə şübhəsiz ki, daha ciddi oluruq. Kaxaya və komandasına uğurlar arzulayıram. Öz komandamıza gəldikdə isə, bu, olduqca vacib qalibiyyət idi. Bəlkə də oyunumuz istədiyimiz kimi alınmadı, amma hər bir halda qarşımızda güclü müdafiə olunnan kollektiv var idi və bu oyunda qalib gəlmək vacib idi. Baxmayaraq ki, komanda qollar da daxil olmaqla bir neçə uğurlu, düşünülmüş kombinasiya həyata keçirdi, düşünürəm ki, bundan da çoxunu eləməli idik. Bəlkə də ilk dəqiqələrdən rəqibin qırmızı vərəqə alaraq azlıqda qalmağı oyunçuları biraz arxayınlaşdırdı,amma hamı qalib gəlmək üçün var-gücüylə mübarizə apardı. Oyunçularımı və sonadək bizimlə olan azarkeşlərimizi təbrik edirəm”.

– Necə düşünürsünüz, oyunun baş hakimi ilk dəqiqədən qırmızı vərəqə verməsəydi, daha yaxşı olmazdımı?
– Əslində o, mənim də ağlıma gəldi. Oyun 11-ə 11 keçsəydi, nəticəsinin nə olacağını bilmək olmazdı.Sadəcə rəqibi də düşünmək lazımdır – yəqin ki, o da 1 həftədir ki, bizimlə oyuna hazırlaşır və birdən birə ilk saniyələrdə belə bir düşünülməmiş vəziyyətlə üz-üzə qalır. Şübhəsiz ki, bu məşqçinin oyun planı pozulur. Bu qırmızı vərəqə elə bizim də oyun planımızı pozdu, çünki biz tamam başqa cür oyuna hazırlaşmışdıq. Əvvəl fikirləşdim ki, kaş verməsin qırmızı vərəqəni, sonra təkrara baxanda başa düşdüm ki, yəqin ki, verəcək. Məncə, belə hallar gələcək üçün hər iki komandaya təcrübə mənasında fayda verə bilir. Qırmızı vərəqədən sonra görünürdü ki, rəqib komandanın xarakteri daha da nəzərə çarpmağa başladı – bir-birlərinə daha çox dəstək verməyə başladılar.məğlub olmamaq üçün əllərindən gələni elədilər. Bizə gəldikdə isə, baxmayaraq ki, meydanda demək olar ki, 90 dəqiqə çoxluqda oynadıq, o qədər də çox təhlükəli vəziyyət yarada bilmədik. Bu vəziyyətdən biz də dərs çıxartmalıyıq.

– Oyunçularınız sanki özlərini zədədən qorumaq üçün məqsədli şəkildə ehtiyatlı oynayırdılar. Bu, “Kopenhagen”lə oyun öncəsi sizin strategiyanız idi, ya necə?
– Yox, belə fikir nə məndə, nə də oyunçularda var idi. Biz hər oyunumuza eyni ciddiyyətlə çıxırıq və əgər biz hansısa oyuna sırf zədə almamaq, sağlam qalmaq üçün çıxsaq, bizim oyunumuz alınmaz.

– Bu oyun sanki “Kopenhagen”lə oyun öncəsi son məşq idi. Necə düşünürsünüz, bu oyunla komandanız “Kopenhagen” matçına hazırdırmı?
– Hər oyun bizim üçün ciddi oyundur, 3 xaldır. Bu baxımdan sizin bu oyuna son məşq kimi baxmağınıza qatılmıram. Bəlkə də bu oyun “Kopenhagen”lə oyuna çıxacaq heyətin müəyyən olunmasında biraz rol oynasın. Amma biz bu oyuna kifayət qədər ciddi yanaşmışıq. Sadəcə ola bilər ki, bəzi oyunçuların formasında disbalans var idi. Amma düşünürəm ki “Kopenhagen”lə oyunacan bu, öz həllini tapacaq.

– Şahin Şahniyarovla bağlı nə düşünürsünüz? Gələcəkdə onu öz komandanıza cəlb etmək fikriniz varmı?
– Gənc yaşlarında əsas heyətdə mütəmadi çıxış edən belə gənc oyunçuları görəndə ancaq sevinirəm. Əgər komandasının heyətində belə məsuliyyətli mövqedə liderlərə,favoritlərə qarşı əsas heyətdə oynayırsa və 90 dəqiqə meydanda olursa, Kaxa kimi məqçi ona inanırsa bu onun potensialından xəbər verir. Ümumiyyətlə, belə oyunçular daim bizim diqqətimizdədir. Onunla bərabər rəqibin sol və sağ cinah müdafiəçiləri də müdafiədə çox bərkiyiblər,çox bəyəndim. Baxmayaraq ki, qabaqlarında Zubir, Kaşuk, Addai kimi oyunçular var idi, amma onlarla təkbətək mübarizədə asanlıqla məğlub olmadılar. Ümumiyyətlə, bu həm də rəqib komandanın xarakterindən də xəbər verir.

– Nəriman Axundzadənin “Kopenhagen”lə matçda heç olmasa 15 dəqiqə oynamaq şansı varmı?
– Şübhəsiz ki, var.

-“Kopenhagen”i nə dərəcədə təhlil etmisiniz?
– Hələ tam, ətraflı təhlil eləməyə başlamamışıq,amma bu oyundan sonra daha çox analiz etməyə başlayacağıq. Ümumi məlumatımız var amma ayrı-ayrı detallara da baxacağıq.

– “Qarabağ”dan gedən Şeydayevlə “Qarabağ”a qayıdan Şeydayev arasında nə fərq var idi?
– Şübhəsiz ki, hələ fiziki cəhətdən hazır olmağı üçün vaxt lazımdır, amma məni üçün onun ən üstün cəhətlərindən biri onun fiziki hazırlığını asan bərpa edə bilməyidir. Uzun müddət oyunlarda iştirak edə bilməyib deyə ona oyun təcrübəsiz lazım olacaq, amma düşünürəm ki, qarşıdakı matçlarda bizim üçün faydalı ola biləcək və öz formasını bərpa edəcək. Məşqlərə baxanda demək olar ki, əvvəlki Şeydayevlə indiki arasında o qədər də böyük fərq yoxdur.

Şahlar Ruhi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Sentyabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see173

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see148

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see138

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri