Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

“Bu xahişinə görə Mircəfər Bağırov Səməd Vurğunu həbs etdirir, sonra isə…” Qəşəm Nəcəfzadə

“Bu xahişinə görə Mircəfər Bağırov Səməd Vurğunu həbs etdirir, sonra isə…” Qəşəm Nəcəfzadə

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tanınmış şair, yazıçı- jurnalist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Qəşəm Nəcəfzadə Globalinfo.aza müsahibəsində son vaxtlar Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun ətrafında gedən polemika ilə bağlı danışıb. Turkustan.az müsahibəni təqdim edir:

Sözügedən müsahibəni təqdim edirik:

– Qəşəm bəy, niyə Səməd Vurğun zaman-zaman satqın adlandırılır?

– Məncə, Səməd Vurğunun məlum məsələdə günahı olmayıb. Sadəcə, dövr elə tələb etdiyi üçün bu şeylər baş verib. Keçmiş zamanda olan insanı öz zamanından çıxarıb, bizim zamana gətirərək təhlil edəndə belə söhbətlər yaranır. Səməd Vurğun xalqın düşüncəsi, ağlı, fikridir. Bəlkə də adam belə etməklə özünü, xalqını, poeziyamızı xilas edib. Mənə görə Səməd Vurğun böyük və möhtəşəm şairdir. O dövrü təsəvvür etmək lazımdır ki, gecə saat 4-də gəlib adamın özünü, həyat yoldaşını evdən aparırdılar, uşaqları ayırıb, sovet bağçalarına verirdilər. İndi oturublar isti otaqda, deyirlər ki, Səməd Vurğun yaltaq və satqın olub.

– S.Vurğuna qarşı aparılan kampaniyanın səbəbi nədir bəs?

– Bu barədə Əlisa Nicat danışıb. Düzdür, o da yaxşı yazıçıdır, yaşının müəyyən mərhələsindədir. Lakin “Səməd Vurğun yaltaq şairdir” demək yanlış fikirdir. Bu, söz deyil axı. Əslində, Əlisa Nicat o sözü deməklə özü-özünü təhqir etmiş olur.

– Amma Əlisa Nicatdan öncə də mediada belə yazılara rast gəlinirdi…

– Bəzən insan ağlının çatışmazlığından nə gəldi, deyir. Eyni zamanda bəziləri Səməd Vurğuna daş atmaqla “tanınmaq” istəyir. Düşünür, kənardan baxan bunu tərif edərək, deyəcək ki, filan kəs istedadlı adamdır, hətta Səməd Vurğunu da bəyənmir.

– Niyə belə etsinlər?

– Aqşin Yenisey var… Bir dəfə deyib ki, Səməd Vurğun nə şairdir e, onun şeirlərini nənəm də yazar. Aradan bir neçə ay keçdikdən sonra Səməd Vurğunun oğlu Vaqif Səmədoğlundan soruşdular ki, sizin üçün ən böyük şair kimdir? O da dedi ki, Aqşin Yeniseyin nənəsi. İndi bu adamlar da daş atırlar ki, məşhurlaşsınlar.

Məsələn, Həmid Herisçi çox istedadlı şəxsdir və ona böyük hörmətim var. Amma Səməd Vurğunun poemalarını demək olar ki, oxumayıb. Buna baxmayaraq adam mövzuya uyğun olmayan qəribə fikirlər səsləndirir. Söhbət Səməd Vurğundan gedir, deyir, mən sevgi şeirlərini bəyənmirəm. Başlayır Nizami Gəncəvidən danışmağa, onun realist şair olduğunu söyləyir. Onu da ona görə dəyərləndirir ki, Qızıl Arslan Gəncəviyə sifariş verib ki, “Xosrov və Şirin”i yaz. Axı bunun əvəzində adama hörmət edilib. İndi alver məsələsinə görə ona realist deyir. Əsərlərindən də danışmır. Şairin realist və romantik olması alverlə deyil, şeirləri ilə bağlıdır. Nizami Gəncəvi ömür boyu xəyalında ideal cəmiyyət yaratmaq istəyib.

– Doğrudanmı Səməd Vurğun şairlərə hər ay məvacib verib?

– Bəli, hər ay 50 şairə 100 manat məvacib verib. Hətta Salyandan Əliağa Kürçaylını 7-ci sinifdən gətirib, universitetə qəbul etdirib. Onun əsərlərini çap etdirib, Bəxtiyar Vahabzadəyə, Hüseyn Arifə, Nəbi Xəzriyə kömək edib. Kiməsə görə bunlar adi görünə bilər, amma hər adam da bunu edə bilməz axı. Bunları etmək üçün ürək lazımdır. Səməd Vurğun Kəlbəcərdən olan kənd aşığını – Aşıq Şəmşiri böyük salonlara qədər yüksəltdi. Bu gün belə ürəkli insanlar yoxdur…

Qəşəm Nəcəfzadə

– Mikayıl Müşfiqin, Hüseyn Cavidin repressiya edilməsində də Səməd Vurğunun adı çəkilir. Bu barədə nə deyə bilərsiniz?

– Mircəfər Bağırov qatarla Bakıya gələndə eşidib ki, Səməd Vurğun da həmin qatardadır. Onu öz kupesinə çağırıb deyir ki, məndən 3 xahiş et, hər üçünü də yerinə yetirəcəm. Səməd Vurğun birinci xahişində deyir Mikayıl Müşfiqi azad et. Bağırov deyir, ikinci xahişini et. Vurğun deyir, Müşfiqi azad et. Mircəfər Bağırov deyir, üçüncü xahişini et. O da deyir ki, Müşfiqi azad et. Baxın, Səməd Vurğunun üç xahişinin üçü də Müşfiqlə bağlı olur. Mircəfər Bağırov Bakıya çatan kimi Səməd Vurğunu həbs etdirir. Qeyd edir ki, Səməd xalq düşmənidir, məndən Müşfiqi azad etməyi xahiş edir. İndi adam 1937-ci ildə güllələnməyib deyə, bəzi ünsürlər ondan heyf çıxmaq istəyirlər ki, niyə ölməyib. Ölsə guya bizim xeyrimizə olacaqdı?

– Səməd Vurğun yalnız azərbaycanlılara dəstək olub?

– Stalin Rusiya yazıçılarının hamısını işdən qovmuşdu. Səməd Vurğun o şairlərə Bakıdan ərzaq göndərmişdi. Rusiyanın ən böyük şairlərindən olan Yevgeniy Yevtuşenko və digərləri S.Vurğunun ağzına baxırdılar. Səməd Vurğun özü, övladları sağ deyil ki, onu müdafiə etsinlər. Hətta sağ olanda da deyirdilər ki, Səməd Vurğun xalqın adamıdır, xalq onu müdafiə etsin. İndi nə oldu?

– Bəs bu dəfə niyə məsələ bu həddə çatdı?

– Bilirsiniz, bəzi kanallar, saytlar baxış üçün məsələni şişirtdilər. O sözə əhəmiyyət vermək lazım deyildi. Ulucay Akif müsahibədən həmin hissəni çıxara bilərdi, amma etmədi. Bizə də hay-küy lazımdır. Səməd Vurğun heç bir sənədə Müşfiqə və digərlərinə qarşı imza atmayıb. Adam Məhəmməd Əmin Rəsulzadəni şeirində tənqid edib, sonra da gedir onun məzarı başında ağlayaraq ondan üzr istəyir. Səməd Vurğun belə adam olub.

– Qəşəm bəy, repressiya prosesində hansısa yazıçılarımızın, şairlərimizin əli olub?

– Bilirsiniz, ola bilər ki, kimisə aparıb döyüblər, işgəncə veriblər deyə onlar da yanlış məlumat verməli olublar. Məsələn, Mikayıl Müşfiq birinci istintaqda deyib ki, mən xalq düşməni deyiləm, Azərbaycanı sevirəm, Hüseyn Cavidlə də ədəbi görüşlərimiz olurdu. İkinci və üçüncü istintaqda yenə eyni sözləri deyir. Dördüncü istintaq isə o qədər ağır olub ki, məcbur qalıb yalandan mən Sovet Azərbaycanının düşməni olmuşam, bu işi görmək Hüseyn Cavidlə mənə tapşırılmışdı deyib. Fikir verin, 3 istintaqda başqa söz deyir, ağır işgəncə zamanı başqa söz. Bunların da hamısını Rusiya edirdi. İndinin özündə repressiya olsa, Əlisa Nicat bir şillədən sonra yalan yerə hamını satacaq.

– Mircəfər Bağırov necə insan olub?

– Mircəfər Bağırov 40 min azərbaycanlı, 4 min Azərbaycan ziyalısını öldürən adamdır. Birinci katibi, nazirləri, 56 Azərbaycan şairini öldürüb. İndi Əlisa Nicat deyir ki, Səməd Vurğun pis adamdır, Bağırov yaxşı. Belə birinə sən necə yaxşı deyə bilirsən axı?! Hamı Səməd Vurğunun “Azərbaycan” şeiri ilə böyüyüb. Bu insanlar sətiraltı mənaları başa düşmürlər. Belələri meyxananı da başa düşmür, amma qulaq asır. Çünki burda sözlər birbaşa deyilir, sətiraltı olmur.

– Meyxana dinləyirsiniz? Ümumiyyətlə, meyxanaya münasibətiniz necədir?

– Meyxananı çox sevirəm. Xüsusən də Kərimin, Ağamirzənin meyxanalarını. Əvvəlki klassik meyxanaları bəyənirəm. Son dövrlər meyxananı pis hala salıblar, rus sözlərindən istifadə edirlər, heca və vəzn, qafiyə pozulur. İndi ağızlarına gələni deyirlər. Onların da tamaşaçıları ən çox yeniyetmələrdir, qışqırırlar. Əliağa Vahidi çox istəyirdim. Hətta onu Səməd Vurğun da istəyib.

– Hətta…

– Bəli. O illərdə Səməd Vurğun Əliağa Vahidə kömək də edib. Bir dəfə Səməd Vurğun kənd təsərrüfatı naziri Poladovla gələn zaman Vahidi görür. Tez onu çağırır, pul verir ki, bəs ötən dəfə səndən aldığım borcu qaytarıram. Səməd Vurğun budur!

– Deyilənə görə, Səməd Vurğun imkanlı olub.

– Səməd Vurğun öləndə ən varlı adam idi. Bankda 500 min manat qonorarı olub. Kiminsə milyonu ola bilər, hardasa çalışıb və s. Lakin Səməd Vurğun şair olduğu halda qələminin gücü ilə o qədər qonorar toplamışdı. O pulları insanlara paylayırdı.

– Qəşəm bəy, deyilənə görə, Səməd Vurğunu “çoban şair” adlandırıblar. Niyə çoban?

– Səməd Vurğun skripkada da ifa etməyi bacarırdı, yazırdı, yaradırdı. Bir dəfə “Tərəkəmə” verilişi aparırdım, camaat mənə də çoban deyirdi. Elə bilirlər ki, qoyun-quzu yanında dayanmaq çobanlıqdır. Bu, bəzi adamların düşüncəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Fevral 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri