Icma.az
close
up
RU
“Bu xalqın qürurunu düşünən neçə məmur, deputat var?.. “Tövlə”, “Yalavac”, “Lallar” adında da kənd olar?..”

“Bu xalqın qürurunu düşünən neçə məmur, deputat var?.. “Tövlə”, “Yalavac”, “Lallar” adında da kənd olar?..”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Özümüz-özümüzə hörmət etmiriksə, özümüz öz Allahsız əməllərimizlə özümüzü əziriksə, əlbəttə, Putin də, Tramp da, fürsəti düşsə, belə Netanyahu da, Si Cinpin də bizi əzəcək...”

Son günlər medianı izləyən əksəriyyətin başı, deyəsən,  Amerikanın kralı olmağa cəhd edən Trampa qarışıb: “Tram kimdir? Putinin, “KQB”-nin agentidirmi? Ay aman, Tramp, ABŞ Ukraynanı satır? O, Putinin adamıdırsa, Putin də son vaxtlar bizə yaman acıqlıdır, -onda bizim – Azərbaycanın vəziyyəti necə olacaq” Və s. və i.a. Belə suallar ətrafında düşünə-düşünə özümüzü unuduruq. Özümüzə “Bəs biz kimik və özümüzün, övladlarımızın, nəsillərimizin xoşbəxt gələcəyini qurmaq üçün nə etməliyik və nə edirik?”,  “Biz özümüzə, şəxsiyyətimizə hörmət edirikmi? Özümüzə hörmət etməsək, özümüzə güvənə bilərikmi?” və s. kimi suallar verməyi unuduruq... 

Biz öncə Trampdan, Putindən qorxmalıyıq, yoxsa Allahdan?.. Əgər bizim ölkədə Allahdan qorxmayıb, ölkəni, xalqı çapıb-talayan korrupsionerlər varsa, nə özünə, nə vətəndaşa, nə xalqa hörmət qoyan məmurlar varsa və biz də Allahdan qorxmayaraq onların bu talançılığına, korrupsionerliyinə, özbaşınalığına bu və ya digər davranışlarımızla dəstək veririksə, bizim Putindən, yaxud Trampdan qorxmağımızın nə mənası var?.. Özümüz-özümüzə hörmət etmiriksə, özümüz öz Allahsız əməllərimizlə özümüzü əziriksə, əlbəttə, Putin də, Tramp da, fürsəti düşsə, belə Netanyahu da, Si Cinpin də bizi əzəcək...

Hələ 44 günlik müharibədən bir neçə il öncə birləşib Qarabağı işğaldan azad etməyimizin zəruriliyi haqdakı bir köşəmdə yazmışdım ki, adi bir balaca kirpi özündən on dəfələrlə böyük ayının hücumuna hiss edəndə yumaq kimi bir yerə yığışır və tikanlarını qabardır. Ayı nə qədər ac və güclü olsa da, yaxınlaşıb kirpiyə bir neçə zərbə vurur, lakin tikanları pəncəsini ağrıtdığından əlacsız şəkildə ondan uzaqlaşmağa məcbur olur. Gördünüz, biz də 2020-ci ilin payızında bir yumruq kimi birləşib tikanlarımızı- silahlarımızı- qürurumuzu, ümummilli qeyrətimizi qabardanda heç kəs bizə yaxın durmağa cürət etmədi, hətta daim bizim daim qapazaltı etməyə çalışan Şimal ayısı da ehtiyatla yaxınlaşdı...

Sözümün canı ondadır ki, başqalarının bizi sayması, bizə hörmət etməsi üçün öncə özümüz-özümüzə hörmət etməliyik. Bu bir gerçəklikdir ki, dünya yalnız vüqarlıları, güclüləri sayır, onlarla hesablaşır. Qürur, vüqar isə öncə addan başlanır. Bunu qədim dinimiz də, müasir elm də sübut edir ki, ayrıca bir insanın, həmçinin insan toplusunun, həmin toplumun yaşadığı məkanın adı onun və onların nəinki psixika və psixologiyasına, xarakterinə, davranışına, bütövlükdə taleyinə təsir edir...

Vətənimiz Azərbaycanda çox qəribə, uyğunsuz, məntiqsiz, bəlkə də çoxu sonradan imperiyaların təzyiqi və ya bəzilərimizin nadanlığından təhrif olunmuş kənd adlarının olduğunu bilirdim. Ancaq doğrusu, Tövlə, Yalavac, Lallar kimi də adların olduğunu son vaxtlar eşitdim və dəhşətə gəldim...

Bu ilin yanvarında İmişlidə polis avtomobilinin 3 uşağı öldürdüyü kəndin adı bilirsiz nədir?..  

Həmin müdhiş, faciəli olay baş verəndə hamının başı qarışdı yalnız hadisənin təfərrüatlarını araşdırmağa: “Əsil günahkar polis idimi, yoxsa onun sürdüyü avtomobildən  bir az irəlidə dönüş edən “Mersedes”in 17 yaşlı sürücüsü?..”  Qəzəblənmiş sakinlər başladı acıqlarını polis avtomobilindən çıxmağa – onsuz da əzik-üzük olmuş “yazıq” maşını təpikləməyə... “Savadlı”, çox “milli qeyrət”li mandat gəzdirənlərimizdən də biri, az qala, dünyasını dəyişmiş 3 körpə balanı unudub polis maşınına “yas tutdu”, yazdı ki, onu təpikləyənlər şəhidlərimizin ruhuna toxunurlar... Nəhayət, rəsmi qurumlar belə nəticəyə gəldi ki, cinayəti polis yox, 17 yaşlı Bəylər adlı sürücü törədib... Bu minvalla polis maşınını təpikləyib “şəhidlərin ruhunu diksindirən”lər də, həmin Bəylər də həbs olundu...  Fəqət, kəndin, İmişli rayonunun bu ada öyrəşmiş sakinləri bir yana, nə hadisəni araşdıran hansısa rəsminin, nə polis maşınına “ağı” deyən deputatın, nə olayı, onun barəsindəki “bəh-bəh”lə tirajlayan medianın, saytların, telekanalların, jurnalistlərin, blogerlərin, yutuberlərin birinin diqqətini çəkmədi ki, həmin faciənin baş verdiyi, neçə ailənin ağlar qaldığı, yasa batdığı kəndin adı nədir? Çoxları kəndin adını gördü, oxudu, eşitdi, səsləndirdi, yazdı, amma özünə, həmin kəndin sakinlərinə, o yaşayış məntəqəsinin, o rayonun rəsmilərinə, bələdiyyəsinə, deputatına, Nazirlər Kabinetinə, Toponimlər Komissiyasına, Milli Məclisə və s. sual etmədi ki, o kəndin adı niyə belədir? Axı niyə?  Heç bilrsiz nədir o kəndin adı?  Yalavac... Doğru duydunuz- Yalavac... Qarşısına bir “ac” sözü də artırsaydılar olardı “əla”- “Ac- yalavac”...

Düzdü, Azərbaycan dilinin izahlı lüğətində “yalavac” sözünün mənası həm sifət, həm də isim kimi izah olunur. Sifət kimi əksəriyyətin bildiyi “ac-susuz” mənasını verir, isim kimi isə əsil mənası: “bir xəbər bildirmək üçün göndərilmiş adam, müjdəçi, peyğəmbər” deməkdir. Etiraf edim ki, bu sətirlərin müəllifi də “yalavac” sözünün isim kimi işləndiyini az öncə öyrənib(deyəsən, əvvəllər rast gəlmişdim bu bilgiyə, amma fakt odur ki, indi unutmuşdum). Deməli, əgər 34 ilin yazarı”yalavac” sözünün ikinci mənasını bilmirsə, əksəriyyətin, ümumiyyətlə, bundan xəbəri yoxdur...

“Vikipediya”da Yalavac kəndi haqqında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi saytının "İnzibati ərazi bölgüsü təsnifatı” bölməsinə istinadla yalnız bu məlumat verilir:

“Yalavac — Azərbaycan Respublikasının İmişli rayonunun Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Kənd əhalisinin sayı 3148 nəfərdir ki, onun da 1590 nəfəri kişi, 1558 nəfəri isə qadındır”. 

Vəssalam.  Kəndin tarixi, adının mənşəyi, etimologiyası barədə heç bir məlumat verilmir. 

Yaxşı, lap deyək ki, bu kəndin sakinləri də, kəndin, rayonun rəsmiləri də Yalavac sözünü ikinci, yəni müjdəçi, peyğəmbər mənasında qəbul etdiklərindən onun dəyişdirilməsi ilə maraqlanmır...

Bəs Qəbələ rayonunda Tövlə, Cəlilabad rayonunda Lallar adlı kəndlərin varlığını necə izah edək? 

Niyə bu kəndlərin savadlıları, başbilənləri, ağsaqqalları yığışıb müvafiq rəsmi qurumlara müraciət etmir ki, bizim kəndin adını dəyişin- belə adlı kənddə yaşamaq bizim qürurumuza toxunur? Bəs rəsmi qurumların nümayəndələri, həmin bölgədən “seçilmişəm” deyə sinəsinə döyən mandat sahibləri?. Onlar niyə maraqlanmır bu kəndlərin adlarının dəyişdirilməsi ilə?..

Onu deyim ki, Azərbaycanda “Tövlə” adlı kəndin mövcudluğunu da həmin məntəqə ərazisində avtomobnil qəzası haqda bir məlumatdan öyrəndim.  Şükür ki, “Vikipediya”da bu kənd barədə bir az ətraflı məlumat veriblər və orada yazılıb:

“Tövlə - Bu kənd uzun müddət Tola adlanıb. 1999-cu ildən bələdiyyələr yarananda kəndin adı Tövlə kimi rəsmiləşib. Toponimika elminə görə hazırkı adı düzdür və söz təhrif olunaraq xeyli vaxt əsas mahiyyətini itirmişdi. Yerli camaatın yozumuna görə Qədim Qəbələnin paytaxt olduğu zaman bu ərazidən tədarük olunan kənd təsərrüfatı malları və ərzaq ehtiyatı şəhərin tələbatını ödəyirmiş. Məhz adı da beləcə yaranıb”. 

Görürsüz,  deməli, bu kəndin adı heç sovet dövründə də yox, müstəqillik dönəmində bələdiyyələrin, rəsmilərin, Milli Məclisin razılığıyla, qərarıyla “Tövlə” qoyulub... Yəni istəsəydilər, ya keçmiş “Tola” adını saxlayardılar, ya da kənd sakinləri ilə razılaşıb başqa bir ad qoyardılar...  

Və o da var ki, “yalavac” sözündən fərqli olaraq “tövlə” sözünün ikinci mənası yoxdur... və tövlə- qoyun-keçi, eşşək, at, inək, dana, camış və s. saxlanılan örtülü məkan deməkdir...

Oxşar vəziyyət Lallar kəndi ilə də bağlıdır. Kənd haqqında internet məlumatında deyilir:

“Lallar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəlayir kənd inzibati ərazi dairəsində kənd.

...Toponimikası

Düzənliklərdir. Yerli əhali Canşalı da adlandırır. Lallar canşalı tayfasının qollarından birinin adıdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında bu nəsil 119 ailədən ibarət olmuş və 9 tirəyə bölünmüşdür”.

Göründüyü kimi, bu kəndi yerli əhali Canşalı da adlandırır. Bəs niyə kəndin adı rəsmən Canşalı yox, məhz Lallar qoyulub. 

Kimlərdir bu xalqın Tövlədə döğulub boya-başa çatmasını və Lallar olmasını istəyən?

Ədalət naminə demək lazımdır ki, son onilliklərdə Azərbaycandakı bir sıra kəndlərin yöndəmsiz adları Milli Məclisin qərarı ilə dəyişdirilib. Məsələn, çox təqdirəlayiq haldır ki, elə həmin Cəlilabad rayonunda Çar Rusiyası və Sovet dövründə sanki “türk” adına qəsd edərək Türkülü əvəzinə, əvvəl Birinci Xanəgah, sonra isə Tülkülü adlandırılmış bir kəndin adı 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Türkelli adlandırılmışdır…

Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ayıblı kəndi Əyyublu kəndi adlandırılmış, Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[

Yaxud, Bərdənin Canavarlı kəndi…

Bu kənddə Peyğəmbərimizin(s) nəslindən olduğu iddia edilən Seyid Yusif adlı nüfuzlu və xeyirxah bir insan yaşayıb. Ona görə də kənd sakinləri kəndə Seyid Yusifin adının verilməsini istəyiblər. Nəticədə Azərbaycan Respublikasının Milli Məclisinin 25 aprel 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Canavarlı kəndi Seyid Yusifli kəndi adlandırılmışdır.

Amma hələ dəyişiləsi çox kənd adları var: məsələn, Göyçay rayonunda Mırtı kəndi. Əsl adı Murtu olmuşdur. Təklə tayfasının murtu tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Deməli, bu kəndin adını da dəyişib Murtu qoymaq mümkündür…

Heç cür dəqiqləşdirə bilmədim, rayonlarımızdan birində Oğrulu adlı kənd də olub. Və 2013-cü ildə Milli Məclisdə Tülkülər kəndi ilə bərabər həmin kəndin də adının dəyişdirilməsi təklif edilsə də, onun dəyişdirilməsi haqda məlumatı tapa bilmədim. Əlavə məlumat əldə etsəm, dəyərli oxuculara çatdıracam…

Bundan başqa, Goranboyda Kələk, Göynəyən, Cəlilabadda, Masallıda, Sabirabadda Ətcələr, Göyçayda, Qobustanda Yekəxana, Potu kimi kənd adları hələ də dəyişdirilməyib…

Xülasə, kimlərsə bir insanı aşağılamağa, əzməyə və sonda məhv etməyə çalışanda öncə onu təhqiramiz bir ləqəblə, ayama ilə çağırmağa başlayır... Eləcə də imperiyalar işğal və sonda etmək istədiyi xalqlara, ölkələrə bu tövrlə yanaşır... Məsələn, çar dövründən bəri Rusiya imperiyası tərəfindən xalqımıza, millətimizə, ümumiyyətlə, qafqazlılara, müsəlman, türksoylu xalqlara qoşulan ayamaları xatırlayaq: “mamed”lər, “qara”lar, “aziat”lar... Hələ söyüşlə olanları deyə bilmirəm... Tarixən ölkəmizi işğal edən imperiyalar həm dilimizi, həm dinimizi, həm də adlarımızı, toponimlərimizi aşağılamağa çalışıblar... Bir yandan da ermənilərə pay verdikləri torpaqlarımızda yer adlarımıza təcavüz olunub. Bildiyimə görə, bu gün İranın tərkibində olan  Güney Azərbaycanda da bir çox alçaldıcı kənd adları mövcuddur...

Əgər bu gün müstəqil dövlətiksə, heç birimiz bu xalqın bir nümayəndəsinin, bir məntəqəsinin alçaladılmasına, aşağılanmasına imkan verməməliyik... Və Tövlə, Lallar, Yalavac, Oğrulu kimi kənd adlarına rast gələn bir vətəndaşın “Bu xalqın qürurunu düşünən neçə məmur, deputat var” sualını verməsinə heç kəs təəccüblənməsin...

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Fevral 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see210

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see186

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see158

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see149

İlham Əliyev və xanımı Çində səfərdədir

30 Avqust 2025 16:21see138

Polis Parubinin qatilinin izinə düşüb Media

30 Avqust 2025 17:30see135

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see133

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see131

Trampın bu dediyi Modini əsəbiləşdirib

30 Avqust 2025 19:45see131

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see130

Ağcaqanadların yaydığı xəstəliklə bağlı xəbərdarlıq

30 Avqust 2025 16:45see129

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see127

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see127

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see125

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see123

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see120

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see118

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see116

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri