Bu xərcin 70% ni dövlət ödəyəcək Nə dəyişəcək?
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun açıqlamasında aqrar siyasətin istehsal subsidiyasından daha çox əlavə dəyər və ixrac yönümlü modelə keçidi ilə bağlı mühüm mesaj var. Məqsəd yalnız fermerə məhsul istehsalında dəstək vermək deyil, məhsulun saxlanması, daşınması, emalı və brendləşdirilməsi mərhələlərində də əlavə dəyərin Azərbaycanda qalmasını təmin etməkdir.
Bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli logistika xərclərinin 70 faizədək qarşılanmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, ixrac yönümlü qeyri-neft məhsullarının logistika xərclərinin 70 faizə qədərinin dövlət tərəfindən qarşılanması yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini artıra bilər:
“Bu dəstək sahibkarları müasir texnologiyalara, soyuducu anbarlara, emala, qablaşdırmaya və brendləşməyə investisiya qoymağa təşviq edə bilər.
Nazirin vurğuladığı əsas məqamlardan biri də xammal ixracından hazır və brendli məhsul ixracına keçiddir. Məsələn, fındığın xammal kimi satılması ilə emal edilərək brend altında xarici bazara çıxarılması arasında ciddi əlavə dəyər fərqi var.
Bununla belə, logistika subsidiyası təkbaşına uğurlu ixrac üçün kifayət deyil. Məhsulun keyfiyyəti, standartlaşdırılması, sertifikatlaşdırılması və davamlı təchizatı da təmin edilməlidir. Ümumilikdə yanaşma daha məhsuldar istehsal → saxlama və emal → brendli, yüksək əlavə dəyərli ixrac zəncirinin qurulmasına hesablanıb”, - o bildirib.
Qeyd edək ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ixrac yönümlü qeyri-neft məhsullarının logistika xərclərinin 70 faizədək hissəsinin dövlət tərəfindən qarşılanması özəl sektoru istehsal, emal, logistika və milli brendlərin yaradılmasına daha çox investisiya yatırmağa təşviq edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 Oktyabr 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















