Icma.az
close
up
RU
Bu yanaşma qlobal sistemdəki bürokratik tıxacları aradan qaldıra bilər ŞƏRH

Bu yanaşma qlobal sistemdəki bürokratik tıxacları aradan qaldıra bilər ŞƏRH

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Donald Trampın "beynəlxalq hüquqdan daha çox milli maraqların prioritetliyi" fəlsəfəsinə söykənən doktrinası, əslində dünya nizamının kollektiv təhlükəsizlik modelindən klassik "realizm" və ikitərəfli sövdələşmələr (tranzaksionalizm) modelinə keçidini sürətləndirir". Bu sözləri SİA-ya açıqlamasında politolooq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu yanaşma, beynəlxalq təşkilatların və çoxşaxəli konvensiyaların hər bir dövlət üçün mütləq çərçivə rolunu oynadığı liberal dünya nizamının yerini, güclü dövlətlərin birbaşa razılaşmalarına və rəqabətinə əsaslanan "yeni böyük oyun"a buraxması deməkdir:

"Analitik nöqteyi-nəzərdən bu, beynəlxalq münasibətlərdə "hüququn gücü"ndən "güclünün hüququ"na doğru bir transformasyadır ki, bu da dövlətləri daha müstəqil, daha praqmatik və daha çevik siyasət yürütməyə vadar edir. Trampın bu mövqeyi qlobal miqyasda "suverenizm" dalğasını gücləndirərək, dövlətlərin öz təhlükəsizlik və iqtisadi maraqlarını qlobal bürokratik strukturların rəyinə ehtiyac duymadan həll etməsinə legitimlik qazandırır. Belə bir şəraitdə beynəlxalq münasibətlər sistemi daha çox 19-cu əsr diplomatiyasındakı "güclər balansı" modelinə yaxınlaşır ki, burada da əsas söz sahibi status-kvonu və hüquqi normaları müdafiə edən qurumlar deyil, real hərbi və iqtisadi potensiala malik olan liderlərdir. Bu yanaşma müəyyən mənada qlobal sistemdəki bürokratik tıxacları aradan qaldıra və daha sürətli qərar qəbulu mexanizmlərini işə sala bilər, lakin eyni zamanda kiçik və orta dövlətlər üçün öz maraqlarını qorumaq naminə daha güclü müttəfiqlərlə birbaşa və spesifik sazişlərə girmək zərurəti yaradır. Nəticə etibarilə, dünya nizamı daha proqnozlaşdırıla bilməyən, lakin hər bir dövlətin öz gücünə və manevr qabiliyyətinə daha çox güvəndiyi, milli suverenliyin hər şeydən uca tutulduğu bir mərhələyə qədəm qoyur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri