Icma.az
close
up
RU
Bu, yanlışlıq deyil, bilərəkdən həyata keçirilmiş cinayətdir Qəza ilə bağlı mühüm açıqlama

Bu, yanlışlıq deyil, bilərəkdən həyata keçirilmiş cinayətdir Qəza ilə bağlı mühüm açıqlama

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı-Qroznı sərnişin təyyarəsinin raket sistemi ilə vurulmasının müxtəlif illərdə vurulan sərnişin təyyarələrindən fərqi var.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, bildirib ki, Rusiya vurduqlarını heç zaman etiraf etməyib.

“Müharibə zonasında və ya səhvən raketlərlə vurulan sərnişin təyyarələri yaxın tarixdə az olmayıb. Bundan sonra təyyarəni vuran ölkə yanlışlığa yol verdiyini etiraf edib və üzr istəyib. Rusiya vurduqlarını heç zaman etiraf etməyib. Buna baxmayaraq, Rusiyanın bir müddət sonra Azərbaycandan üzr istəyəcəyini istisna etməsək də, təyyarə vurulduqdan sonra təyyarənin yaxındakı hava limanlarından birinə enməsinə icazə verilməməsini Moskva necə izah edəcək?”

O vurğulayıb ki, tarixdə buna oxşar hadisə baş verməyib:

“Əvvəlcə təyyarəmizi vurdular, sonra enməsinə imkan vermədilər və bununla insanları ölümə məhkum etdilər. Bu isə yanlışlıq deyil, bilərəkdən həyata keçirilmiş cinayətdir. Kremlin üzrüylə iş bitməyəcək”.

“Mövzuya aidiyyəti olmasa da, Rusiya rəsmiləri və diplomatları bir daha “Xankəndidə konsulluq açmaq istəyirik” bəyanatını səsləndirsələr, onlara qəti şəkildə “buna icazə verə bilmərik” cavabı verilməlidir. Bunun əvəzinə Türkiyənin Şuşada konsulluq xidmətinin açılmasını sürətləndirməliyik. AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertlərinin cəlb edilməsi qardaş ölkə ilə Rusiya arasındakı fərqi göstərir”, deyə politoloq qeyd edib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see247

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see241

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see241

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see235

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see180

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see174

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see160

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see150

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see149

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see135

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see132

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see124

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri