Şəmkirdəki qəza ilə bağlı rəsmi açıqlama
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb.
Bu barədə Globalinfo.az-a BDYPİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 7-də Bakı–Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.
Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 07 Avqust 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















