Icma.az
close
up
RU
Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Koqnitiv sağlamlığı, yəni yaddaşın, diqqətin və düşünmə qabiliyyətini qorumaq üçün qayğıya gənc yaşlardan başlamaq vacibdir.

Ölkə.az xəbər verir ki, bunu Rusiyanın Koqnitiv Sağlamlıq Mərkəzinin rəhbəri, nevroloq Yuliya Şpilyukova deyib. O bildirib ki, beyin sağlamlığının əsası 20-30 yaş dövründə qoyulur.

Onun sözlərinə görə, koqnitiv geriləmənin qarşısını almağın əsas amillərindən biri fiziki aktivlikdir. Həkim həftə ərzində ən azı 150 dəqiqəlik kardio məşqləri (üzgüçülük, yüngül qaçış, sürətli gəzinti və s.) tövsiyə edir. Bundan əlavə, güc məşqləri və sağlam həyat tərzi vərdişləri də beyin fəaliyyətini dəstəkləyir.

Şpilyukova qeyd edib ki, nizamlı həkim müayinələri, xüsusilə təzyiq, şəkər və xolesterin səviyyəsinin nəzarətdə saxlanması  beynin zədələnmə riskini azaldır.

Mütəxəssis həmçinin görmə və eşitmə problemlərinin vaxtında aradan qaldırılmasının vacibliyini vurğulayıb, çünki informasiya axınının azalması beyin fəaliyyətini zəiflədir.

Bundan əlavə, yuxu rejiminə əməl etmək (7-9 saat yuxu) və sosial əlaqələri qorumaq da mühüm sayılır. Şəxsin cəmiyyətdən təcrid olunması yaddaşın və düşünmənin zəifləməsini sürətləndirə bilər.

"Əgər gündəlik həyatda yaddaş pozğunluğu, təkrarlanma, evdən çıxmaq qorxusu kimi əlamətlər müşahidə edilirsə, həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz beyin funksiyalarının pisləşməsini xeyli ləngidə bilər", - deyə həkim bildirib.

Onun fikrincə, davamlı fiziki aktivlik, müsbət emosiyalar, sosial həyat və sağlam yuxu rejimi uzunmüddətli beyin sağlamlığının əsas açarlarıdır.(milli.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Oktyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri