Tramp demokratların qələbəsindən danışdı Yaxşı iş gördülər
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasının aralıq seçkilərdə əldə etdiyi uğurlara münasibət bildirib.
Gununesi.info xəbər verir ki, Tramp demokratları qələbə münasibətilə təbrik edib və onların yaxşı nəticə göstərdiyini söyləyib.
“Demokratları təbrik edirəm. Yaxşı iş gördülər. Onlar 11 ildir bunun uğrunda mübarizə aparırdılar və nəhayət, buna nail oldular. Amma mən bu nəticəni özümə qarşı ciddi zərbə kimi qiymətləndirmirəm. Düşünürəm ki, prezidentlik tarixində ən yaxşı iki ili keçirmişik”, – deyə Tramp bildirib.
ABŞ prezidentinin bu açıqlaması demokratların seçkilərdə qazandığı uğurlardan sonra səsləndirdiyi ilk reaksiyalardan biri kimi diqqət çəkib.
Tramp bununla yanaşı, seçkilərin nəticələrini öz prezidentlik fəaliyyətinə verilmiş mənfi qiymət kimi qəbul etmədiyini vurğulayıb.
Firuzə Mahmudova
Gununesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 04 Noyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















