Icma.az
close
up
RU
Dövlətimizin toxunulmaz strateji xəttidir Ramil Hüseynov yazır

Dövlətimizin toxunulmaz strateji xəttidir Ramil Hüseynov yazır

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın milli iradəsi müzakirə mövzusu deyil, dövlətimizin toxunulmaz strateji xəttidir! Azərbaycanın milli kimliyini, milli düşüncəsini formalaşdırmaq, qorumaq, strateji hədəflərimizi həyata keçirmək o qədər mürəkkəb və çətindir ki...

Çünki müasir dünyada dövlətlərin maraqları çox zaman bizim ruhumuza və milli dəyərlərimizə yad olan prinsiplər əsasında formalaşır. Biz özümüzə dost, tərəfdaş bildiyimiz ölkələrə qarşı səmimiyyətimizi daim nümayiş etdirmişik.

Dost və tərəfdaş hesab etdiyimiz ölkələrə münasibətdə səmimiyyətimizi daim nümayiş etdirmişik. Amma çox təəssüf ki, bəzi ölkələr bizi çətin anlarda dəstəkləmək əvəzinə, bizə çətinlik yaşatmaq üçün planlar qurublar. Bax, bu, heç bir siyasi və mənəvi kriteriyaya uyğun deyil. Amma biz bunları yaşamağa məhkumuq. Bütün bunları nəzərə alaraq, dövlət olaraq siyasi kimliyimizin hədəflərini möhkəmləndirmək üçün kifayət qədər ciddi addımlar atmışıq və bu strateji hədəflərimiz səmimi olmayan ölkələrin rəhbərlərini narahat edir. Bu, danılmaz faktdır.

Milli kimliyin qorunması yalnız mövcud dəyərləri saxlamaq deyil, gələcək nəsillər üçün müstəqil və öz milli iradəsinə sahib cəmiyyət formalaşdırmaqdır. Milli şüuru daim gücləndirməliyik. Hər bir vətəndaşın dövlətə, Vətənə, milli tarixə və suverenliyə bağlılıq hissini möhkəmləndirməliyik. Milli ideoloji təhlükəsizliyimizi gücləndirməliyik. Xarici ideoloji təsirlərə, informasiya manipulyasiyalarına uymamalı və düşüncə müstəqilliyimizi qorumalıyıq. Dilimizin və mədəniyyətimizin gələcəyinə təminat vermək üçün addımlar atmalıyıq. Gənc nəslimizi milli düşüncə ilə yetişdirməliyik. Yəni milli köklərə bağlı, müasir dünyagörüşlü, analitik düşüncəyə malik vətəndaş formalaşdırmalıyıq. İnformasiya suverenliyi, milli həmrəylik, milli maraqların beynəlxalq səviyyədə müdafiəsi... Milli-mənəvi dəyərlərimizi müasirliklə uzlaşdırmalı, ümumilikdə, gələcək nəsillərə güclü dövlət miras qoymalıyıq.

Biz artıq görürük ki, müstəqil düşüncəyə malik, dövlətin maraqlarını dərk edən və qlobal rəqabətdə öz sözünü deyə bilən bir cəmiyyət formalaşdırmışıq. Bu, strateji hədəflərimizin uğurudur.

Azərbaycanı zəfər ölkəsinə çevirən bu strategiya beynəlxalq siyasi müstəvidə ölkəmizin mövqeyini sürətlə möhkəmləndirib. Bu, bizim dövlətimizin toxunulmaz marağıdır. Bu maraqlara toxunmaq olmaz və bu siyasi yolu bütövlükdə səmimiyyətlə «Azərbaycan, can Azərbaycan» deyə bilən hər kəs müdafiə etməlidir. Biz coğrafi olaraq bu gün balaca ölkə ola bilərik, amma siyasi və diplomatik baxımdan çox böyük ölkəyik. Öz gücümüzlə, öz ağlımızla, düşüncəmizlə, müdrikliyimizlə, qətiyyətimizlə və prinsipiallığımızla ölkəmizi dünya siyasi mərkəzlərinin diqqət mərkəzinə çevirmişik.

Bu siyasət cənab Prezident İlham Əliyevin mühüm siyasi və milli uğurudur.

Ramil Hüseynov

"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzi

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri