Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünün

Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünün

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Soyuq içkilərlə birlikdə istifadə olunan plastik pipetlər olduqca geniş yayılıb. Plastik pipetlərin demək olar ki, hər kəs tərəfindən istifadə edilməsi isə sadəcə ətraf mühitin çirklənməsinə səbəb olmur. Mütəxəssislər tez-tez istifadə olunan plastik pipetlərin zərərlərini ardıcıllıqla açıqlayıblar. Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünməli olacaqsınız.

Milli.Az xəbər verir ki, çoxumuz kafe və restoranlarda qarşımıza gələn içkilərə düşünmədən bir plastik pipet daxil edirik. Birdəfəlik plastik pipetlər uzun müddətdir ki, qlobal ekoloji müzakirələrin mərkəzində yer alır. Lakin məsələ təkcə təbiəti qorumaqdan ibarət deyil; bu kiçik plastik çubuqlar həzm sistemimizdən diş sağlığımıza, kimyəvi təsirlərdən estetik görünüşümüzə qədər həyatımıza birbaşa təsir edən gizli bir sağlamlıq problemidir.

Fiziki və ya tibbi səbəblərdən pipet istifadə etmək məcburiyyətində olanlar istisna olmaqla, əslində böyük əksəriyyətimiz üçün pipetlər tamamilə lazımsız bir istehlak vərdişindən ibarətdir. Üstəlik, bəşəriyyətin 1960-cı illərdən əvvəl, minilliklər boyu pipetsiz çox rahat yaşaya bildiyini də unutmaq olmaz. Qidalanma mütəxəssisi və diyetoloq Kristi Brisetin apardığı araşdırmalar plastik pipet istifadəsinin sağlamlığımıza vurduğu ciddi zərərləri gözlər önünə sərir. Sizi pipetdən imtina etməyə vadar edəcək ən təsirli səbəblər bunlardır:

Xroniki qaz və şişkinliyin səbəbi
Heç kim gün ərzində özünü narahat edən və sosial mühitdə çətin vəziyyətə salan qaz və şişkinlik hissindən xoşlanmır. Əgər tez-tez bu problemdən şikayət edirsinizsə, səbəbkarı uzaqda axtarmağa ehtiyac yoxdur. Pipet vasitəsilə nə isə içmək, maye ilə birlikdə həzm sisteminizə əlavə və intensiv şəkildə havanın daxil olmasına yol açır. Bu artıq hava isə mədənizdə toplanaraq şişkinlik və qaz sancısı kimi narahatlıqları birbaşa tətikləyir.

Diş çürüklərinə qarşı aldadıcı güvən
Bir çox insan turşulu və ya şəkərli içkilərin dişlərinə zərər verməsinin qarşısını almaq məqsədilə pipetdən istifadə edir. Halbuki reallıq tam tərsinədir. Pipetlə içdiyiniz zaman şəkərli və turşulu maye ağız boşluğunda bərabər paylanmaq əvəzinə, dişlərin müəyyən bir nöqtəsinə daha intensiv və təzyiqlə yönəlir. Bu davamlı və lokal təmas diş minasının sürətlə aşınmasına və beləliklə, çürümə riskinin ciddi şəkildə artmasına zəmin yaradır. Bu zərərli təsiri azaltmağın yeganə yolu pipeti dişlərin tam arxasına yerləşdirməkdir; lakin bu üsul da əksər insanlarda qaytarma refleksini oyadır.

Neftdən gələn gizli kimyəvi maddələr
Əsl üzərində dayanılmalı və narahatlıq doğuran mövzu bu pipetlərin neft məhsullarından istehsal olunmasıdır. Birdəfəlik plastik pipetlərin istehsalında əsasən polipropilen adlı materialdan istifadə edilir. Hər nə qədər qida qurumları (məsələn, FDA) bu materialı müəyyən limitlər daxilində "qida üçün təhlükəsiz" qəbul etsə də, məsələnin pərdəarxası kifayət qədər qaranlıqdır.

Aparılan bəzi araşdırmalar göstərir ki, xüsusilə isti və ya turşulu içkilərlə təmasda olduqda, yaxud günəşin ultrabənövşəyi (UV) şüalarına məruz qaldıqda polipropilen mayeyə kimyəvi maddələr sızdıra bilər. Sızan bu birləşməlerin insan orqanizmindəki estrogen səviyyəsinə və hormonal balansa mənfi təsir göstərdiyi irəli sürülür. Üstəlik, problem təkcə öz stəkanımızla bitmir; təbiətə atdığımız bu plastiklər mikroplastiklərə çevrilərək dəniz məhsulları və istehlak etdiyimiz xörək duzu vasitəsilə boşqabımıza geri qayıdır. Pipet istifadəsini azaltmaq, dolayı yolla öz mikroplastik istehlakımızı da aşağı salmaq deməkdir.

Fərqinə varmadan həddindən artıq şəkər qəbulu
Mütəxəssislərin diqqət çəkdiyi digər bir məqam isə pipetlərin içmə sürətimizi dəyişdirməsidir. Pipet istifadəsi, içkiləri normal stəkandan içməklə müqayisədə çox daha sürətli və fərqində olmadan daha yüksək miqdarda istehlak etməmizə səbəb olur. Bu vəziyyət xüsusilə yüksək kalorili şəkərli içkilərin və spirtli içkilərin qəbulu zamanı porsiya nəzarətini itirməyinizə gətirib çıxara bilər.

Erkən yaşda dodaq qırışları
Sağlamlıq və ekoloji faktorlar sizi hələ də inandırmadısa, bəlkə estetik qayğılar qərarınızı dəyişə bilər. Pipetlə mayeni çəkmək üçün dodaqlarınızı davamlı olaraq büzmək məcburiyyətində qalırsınız. Bu təkrarlanan əzələ hərəkəti zamanla dodaq ətrafında eynilə siqaret çəkənlərdə olduğu kimi incə və qalıcı yaşlılıq cizgilərinin (qırışların) yaranmasına səbəb olur.

Ekoloji araşdırma təşkilatlarının (məsələn, Better Alternatives Now) paylaşdığı analizlərə görə, təbiətdəki plastik çirklənməsinin %7,5-ni təkbaşına pipetlər və içki qarışdırıcıları təşkil edir. Digər bir aktual araşdırma isə dünya miqyasındakı çimərlikləri təxminən 8,3 milyard plastik pipetin çirkləndirdiyini göstərir.

Plastik çirklənməsi nəhəng bir qlobal böhrandır; buna görə də plastik pipet istifadəsini həyatımızdan tamamilə çıxarmaq, birdəfəlik plastik çılğınlığından uzaqlaşmaq və həm özümüz, həm də planetimiz üçün sağlam bir həyat tərzi qurmaq adına əla bir başlanğıc nöqtəsidir.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 İyun 2026 07:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see303

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see300

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see278

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see275

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see254

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see251

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see242

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see234

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see230

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see227

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see217

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see208

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see204

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see203

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see190

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see187

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see182

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see182

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri