Icma.az
close
up
RU
Bu yazıları oxuya bilən şəxsə 870 min manat mükafat veriləcək

Bu yazıları oxuya bilən şəxsə 870 min manat mükafat veriləcək

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Eramızın 79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində kömürləşən Herkulanumdakı papiruslar (qədim dövrlərdə yazı səthi kimi istifadə edilən qalın kağıza bənzər material) əsrlərdir elm adamlarının marağına səbəb olub.

Ehtimal olunur ki, bu qədim mənbələrdə qədim yunan və Roma alimlərinə aid dərin fəlsəfi və bədii mətnlər var. Lakin bu zərif yazıları açmaq üçün hər cəhd onları məhv etmək riski daşıyır.

"Cebheinfo.az" "Qaynarinfo"ya  istinadən xəbər verir ki, bu səbəbdən elm adamları bu qiymətli mətnlərin məzmununa zərər vermədən daxil olmaq üçün yeni üsullar inkişaf etdirirlər. Məqsəd rentgen skanı, mürəkkəb aşkarlama proqramı və süni intellekt kimi texnologiyalarla yazıları virtual olaraq açmaqdır.

Oksford Universitetinin alimləri "PHerc.172" adlı papirusa mətnin bir hissəsini açmağa nail olublar. X-ray skanı sayəsində bəzi yunan sözləri aşkar edilib. Oxunan mətnin yunan dilində olduğunu deyən tədqiqatçılar mətnin yalnız bir neçə sözünü şərh edə bildiklərini, lakin bütün cümlələri hələ də deşifrə edə bilmədiklərini deyirlər.

Bu səbəbdən böyük mükafat müsabiqəsi keçirilir və bu yazıları deşifrə edəcək şəxsə 400 min funt-sterlinq (təxminən 870 min AZN) kimi böyük mükafat təklif edilir. Baş mükafat üçün son tarix 31 dekabr 2024-cü ildir. Əvvəlki oxşar müsabiqədə tələbələr Parisdəki "Institut de France"da tapılan papirusun şifrəsini açaraq böyük mükafat (700 min dollar) qazanmışdılar.

Araşdırmalar nəticəsində elm adamları Herkulanum yazılarından birində tapılan sözü (διατροπή) açmış ola bilər ki, bu da "çaşqınlıq, narahatlıq və ya ikrah" mənasını verə bilər. Həmçinin ənbənin başqa bir hissəsində yunan hərflərinin düzülüşü "τυγχαν" "gerçək olmaq" mənasını verən "τυγχάνω" felinin başlanğıcı ola bilər.

Qəribədir ki, alimlər mürəkkəbin perqamentin xarici sarğılarında daha aydın göründüyünü müşahidə ediblər. Yazı ümumiyyətlə hər ikinci sətirdə aydın görünür və bu, katibin qələmini hər ikinci sətirdən bir mürəkkəbə batırdığını göstərir.

Herckulanum vulkanik çöküntülər altında qalan İtaliya şəhərlərindən biridir. Bu şəhərcikdəki böyük bir villada olan yazılar 1750-ci illərdə başlayan qazıntılar zamanı aşkar edilib. Təəssüf ki, onların bəziləri ya məhv edilib, ya da kömür qalaqları ilə səhv salaraq atılıb. Daha sonra Neapol Milli Kitabxanasında saxlanılan yüzlərlə başqa papirus onları açmaq istəyərkən zədələnib. Qazıntılar zamanı tapılan bir neçə yüz fak rulonlarda qalır, heç açılmır, möhürlənib.

1800-cü illərin əvvəllərində Bodley tumarını və digər beşini Neapol və Siciliya kralı IV Ferdinand İngiltərənin gələcək kralı IV Corca bəzi kenquruların müqabilində verib.

Hazırda onıarın məzmununu zədələmədən oxumaq üçün rəqəmsal üsullardan istifadə olunur. "Virtual açılış" olaraq bilinən bu üsullarda X-şüaları və digər işıq mənbələri ilə tumarlar skan edilərək gizli mətnlər üzə çıxarılmağa çalışılır.

İtaliyada bir qrup yazıları deşifrə etmək üçün qısa dalğalı infraqırmızı hiperspektral görüntüləmə adlı texnikadan istifadə edib. Bu texnika işığın papirusdakı qara mürəkkəbdən əks olunmasında fərqləri aşkar edir. Bu texnikanın istifadə olunduğu tumarlardan birində yeni keçid aşkar edilib. Keçiddə Platonun son gecəsində fleyta çalan kölə qızın "ritm çatışmazlığı"nı tənqid etməsi göstərilir.

Eramızdan əvvəl 348-ci ildə 80 və ya 81 yaşında qızdırma xəstəliyindən dünyasını dəyişən Platon həyatının son günlərində ancaq musiqi dinləyir və qonaqlarını əyləndirirmiş.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri