Bolmart dan 3 manata çörək aldı, kifli çıxdı FOTO
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Jurnalist Səadət Məmmədova "Bolmart" mağazalar şəbəkəsindən aldığı qarabaşaq çörəyinin üzərində kif və mənşəyi məlum olmayan ləkələr olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, dünən axşam "Bolmart"dan "N1" markasına məxsus qarabaşaq çörəyi alıb. Səhər yeməyi zamanı çörəyin bir dilimini yedikdən sonra digər dilimin üzərində ağ ləkə görüb.
S.Məmmədovanın sözlərinə görə, əvvəlcə ləkənin un olduğunu düşünsə də, onu silkələdikdən və əli ilə yoxladıqdan sonra fərqli bir maddə ola biləcəyindən şübhələnib. Çörəyin üzərindəki açıq çəhrayımtıl rəngli ləkənin qoxusu divar boyası emulsiyasını xatırladıb.
Jurnalist çörəyin üç dilimində bu cür ləkələr olduğunu, alt dilimlərə baxarkən isə adi kif əlamətləri gördüyünü qeyd edib. O, məhsulun köhnə olduğunu ehtimal edib və çörəyin hansı şəraitdə istehsal olunduğu, saxlanıldığı və satışa çıxarıldığı ilə bağlı suallar ünvanlayıb.
S.Məmmədova qlüten həssaslığına görə bu növ çörəklərə üstünlük verdiyini və məhsulu 3 manata aldığını vurğulayıb.
Jurnalist Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edərək "N1" markalı çörəyin istehsal olunduğu müəssisədə araşdırma aparılmasını istəyib.
S.Məmmədova, həmçinin "Bolmart" mağazalar şəbəkəsində vaxtı keçmiş və ya keyfiyyətini itirmiş məhsulların satışdan çıxarılması mexanizminin necə işlədiyinin müvafiq qurumlar tərəfindən araşdırılmasını tələb edib.
Mahir Axund
Baxış sayı:123
Bu xəbər 28 Oktyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















