Bu yeniyetmələr valideynləri tərəfindən düzgün tərbiyə edilməyib Sosioloq OD PÜSKÜRDÜ
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Həmin yeniyetmələrin dördü də islah əmək koloniyasına salınmalıdır
Yeniyetmələrin quşlar üçün qurulmuş yuvanı dağıtması videosu sosial şəbəkələrdə qınanır. Videoda görünür ki, 4 yeniyetmə otluqda dirəyə bərkidilmiş quş yuvasını təpikləyir, yuvadakı quş uçur, bununla ürəyi “soyumayan” yeniyetmələr yuvanı tamamilə darmadağın etməyə çalışırlar, dirəyi silkələyirlər, təpikləyirlər, nəhayət yuva yerə düşür, yeniyetmələr yerə düşmüş yuvadan da əl çəkmir, təpikləyərək parça-parça edirlər.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında bildirdi ki, həmin videonu ərin təəssüf hissi ilə izləyib:

- Çox təəssüf edirəm ki, cəmiyyətdə bu cür hallarla tez-tez qarşılaşırıq. İnanın ki bu cür görüntülərə laqeyd qalmaq qeyri-mümkündür. Bəs necə olur ki yeniyetmələr bu cür aqressiv, mənəviyyatsız davranış sərgiləyir? Mən bunun kökünü ailədə görürəm. Bu yeniyetmələr valideynləri tərəfindən düzgün tərbiyə edilməyib, ailə tərbiyəsindən, əxlaqdan, insanlıqdan, mərhəmət hissindən xəbərsiz məxluqlardır. Baxın, 4 nəfərdilər. Dördündən birində zərrə qədər tərbiyə, əxlaq, insanlıq olmadı ki digərlərini kənara çəksin, etməyin, quşlar yazıqdı, bizə nə ziyanları var, desin?! Buradan çıxan nəticə budur: onların dördü də eyni təfəkkürə malikdir, eyni əxlaqsızlığın daşıyıcılarıdır. Ona görə hər dəfə tövsiyə edirik valideynlərə, övladlarınızın kiminlə dostluq etdiyinə fikir verin, dost seçiminə diqqət yetirin, kiminlə yaxınlaşır, kiminlə yoldaşlıq edir. Bu yeniyetmələrin dördündə də eyni zalım xarakter formalaşıb. Bu xarakterdə böyüyən uşaq sabahın potensial cinayətkarı olacaq. Çünki mərhəmət hissi, şəfqət hissi, köməksizə, ehtiyacı olana yardım etmək kimi insani duyğulardan kasaddırlar. Mənfi emosiyaları da bir-birinə ötürürlər. Birinin rəzil hərəıti digərinə xoş gəlir. Eyni ailə tərbiyəsinin məhsuludur onlar. Uşaqlar ailədə tərbiyə edilmir artıq. Uşaqlarımızı formaladıran sosal şəbəkələr, internet resurlarıdır. Presteyşn-lər, oyun konsolları vasitəsiylə izlədikləri xarici dövlətlərdə istehsal olunan oyunlar, rəqəmsal məzmunlardır övladlarımızı “tərbiyə edən”. Dəhşət saçan filmlər “tərbiyə edir” uşaqlarımızı. Valideynlərə müraciət olunur, belə dəhşətli filmlərə, kontentlərə baxmaqdan çəkindirin övladlarınızı, yaş dövrünü nəzərə alın uşağınızın. Amma yox, valideynlər öz həyatlarını yaşamağı üstün tutur, gəzintilərdən, əyləncədən əl çəkmirlər. Belə bir mühitdə insan cəmiyyətini xilas edəcək yeganə üsul cəza və cərimələrdir. Həmin yeniyetmələrin dördü də islah əmək koloniyasına salınmalıdır. Cinayət işlədiblər və cəzalarını almalıdırlar. Cəmiyyəti bu cür ünsürlərdən xilas etmək istəyiriksə, cəza və cərimə tətbiq olunmalıdır. Kameralar vasitəsiylə o yemiyetmələri tapmaq asan məsələdir. Hüquq-mühafizə orqanları onların kimliyini müəyyən edib valideynlərini də cərimə etməlidir. Yuva uçurdanın yuvası dağılar, deyib atalarımız. Görün bu uşaqlar nə qədəə mənəviyyatsız bir ortamda böyüyüblər. Qəlbində sevgi olan, həqiqi sevgi ilə əhatə olunmuş uşaq belə hərəkət etməz. Çox təəssüf edirəm ki cəmiyyətimiz belə bir haldadır. Həmin videonu ürək yanğısı ilə izlədim. Cəmiyyətə belə övladlar təqdim edən valideynlər varmış. Ancaq cərimə və cəzalarla bunun qarşısını almaq olar. Onları görən kiçik yaşlılar hansı nümunəni götürəcək? Cəza verilməyənədək bu cür ünsürlərin sayı artacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 02 Fevral 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















