Icma.az
close
up
RU
Bu yerdən göy üzünə hər gün qızıl yağır

Bu yerdən göy üzünə hər gün qızıl yağır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Antarktika deyildikdə ağla ilk gələn sonsuz buz kütlələri olsa da, bu ağ örtüyün altında Yer kürəsinin ən cənubunda yerləşən aktiv bir vulkan alovlanır. Adını mifologiyada qaranlıq tanrısından alan Erebus dağı 3 min 794 metrlik hündürlüyü ilə qitənin ən yüksək və ən cənubdakı aktiv vulkanı kimi göyə doğru yüksəlir.
Demokrat.az
xəbər verir ki, Ser Ceyms Klark Ross 1841-ci ildə bu ərazini ilk dəfə kəşf etdikdə, buz kimi soyuğun ortasında yüksələn tüstü buludları tədqiqatçıları heyrətə salmışdı. Bu gün də həmin mənzərə Yer kürəsinin ən nadir geoloji hadisələrindən birinə şahidlik etməyə imkan verir. Dağın zirvəsində 1970-ci illərin əvvəlindən bəri sönməyən nəhəng bir lava gölü qaynamağa davam edir. Dünyada bu cür daimi lava göllərinə sahib cəmi beş nöqtənin olması Erebusu elm dünyası üçün xüsusi laboratoriyaya çevirib.
Kilometrlərlə dərinliyə uzandığı düşünülən bu od çuxuru qışın ən qaranlıq aylarında belə ətrafı qırmızıya boyamağa davam edir. Lakin dağı fərqli edən yalnız bu alov deyil, küləklə birlikdə ətrafa yayılan qiymətli zərrəciklərdir.
Aparılan dəqiq tədqiqatlar vulkandan yüksələn qaz buludlarının içində çılpaq gözlə görünməyən mikroskopik qızıl kristallarının olduğunu ortaya çıxarıb. Hər gün vulkan təxminən 80 qram saf qızılı toz halında atmosferə buraxır. Gündəlik dəyəri təxminən 6 min dollar olan bu metal tozlar Antarktika küləkləri ilə min kilometr uzağa qədər daşına bilir.
Təbii ki, Erebus yalnız qiymətli qızıl mənbəyi deyil; zaman-zaman ətrafa atdığı “vulkan bombaları” adlanan ərimiş qaya parçaları ilə nə qədər təhlükəli ola biləcəyini də xatırladır.
Vulkanın istiliyi ilə qitənin dondurucu iqlimi birləşdikdə “fumarol” adlanan buz mağaraları yaranır. Qazların buzu içəridən əritməsi ilə formalaşan bu qaranlıq keçidlər gözlənilməz dərəcədə zəngin ekosistemə malikdir. 2013-cü ildə aparılan araşdırmalarda günəş işığı almayan və qidasız bu mağaralarda 61 fərqli göbələk növü aşkar edilib. Bu vəziyyət elm dünyasında böyük maraq doğurub. Maraqlı məqamlardan biri bu göbələklərin inkişafı üçün yüksək yağ miqdarına ehtiyac duyması olub. Mütəxəssislər bunun illər əvvəlki ekspedisiya fəaliyyətlərindən qalan çirklənmə izi ola biləcəyini ehtimal edirlər.
Xüsusilə kraterə yaxın yerləşən Uorren mağarası kimi bölgələr bu gün də tədqiqatçıların ən çox maraqlandığı ərazilərdən biridir. Antarktika turları vasitəsilə bu təhlükəli gözəlliyi uzaqdan izləmək mümkün olsa da, qızıl toplamaq xəyalı qurmaq əvəzinə təbiətin bu sərt gücünə hörmətlə yanaşmaq ən təhlükəsiz seçim hesab olunur.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Aprel 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri