Bu yol bərbad VƏZİYYƏTDƏDİR: Çirkab suları yola axır, ətrafa da pis qoxur yayılır ŞİKAYƏT VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xırdalan şəhərində bakı mühəndislik universitetinin yerləşdiyi Həsən Əliyev küçəsindəki yol bərbad vəziyyətdədir. Avtosfer.az xəbər verir ki, problem təkcə bununla da bitmir. Kanalizasiya suları da bu yola axır və yolu keçilməz edir. Üstəlik ətrafa da pis qoxular yayılır.
Yol ilə bağlı Abşeron rayon İcra hakimiyyətindən bildirildi ki, yaxın günlərdə Həsən əliyev küçəsində cari təmir işlərinə başlanılacaq. Əsaslı təmir işləri Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi çərçivəsində aparılacaq. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, əraziyə yığılan su kanalizasiya yox, yağış sularıdır. Yağıntılar zamanı axan sular Ceyranbatan gölünün kənarında yerləşən nasosxanaya toplanır, oradan Xırdalanın su şəbəkəsinə ötürülür. Yola su yığılması isə ancaq intensiv yağışlar zamanı baş verir.
Yəni ərazidəki tullantı şəbəkəsinin fəaliyyətində heç bir problem yoxdur.
Daha ətraflı videomaterialda.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 25 Dekabr 2024 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















