Icma.az
close
up
RU
Ramana qəsəbəsində çirkab suları həyatı iflic edib ŞİKAYƏT

Ramana qəsəbəsində çirkab suları həyatı iflic edib ŞİKAYƏT

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayış evlərinin həyətləri və zirzəmiləri çirkab suları ilə dolub.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, uzun zamandır qəsəbənin Mehdi Hüseynzadə küçəsində yaşayan sakinlər acınacaqlı vəziyyətlə üz-üzə qalıblar:

"Evlərimizin zirzəmiləri, həyətlərimiz, küçəmiz acınacaqlı vəziyyətdədir. Nə maşınla gediləsidir, nə ayaqla. Uşaqların, yaşlıların hərəkəti, demək olar ki, mümkünsüzdür bu küçədə. Nə taksi çağırmaq olur, nə təcili tibbi yardım. Dəfələrlə bütün aidiyyəti qurumlara müraciət edilib, xəbərləri var.

Problem ondan qaynaqlanır ki, yaxınlıqda binalar tikiblər, amma mərkəzləşmiş kanalizasiya sistemi qurmayıblar. O binalardan bütün çirkab suları da axıb gəlir biz tərəfə. Nə baxan var, nə də tədbir görən", - deyə şikayətdə yazılır.

Şikayətdə o da qeyd olunur ki, həmin binalar tərəfdən bu əraziyə kanal çəkilib:

"O kanalı qazıblar, amma kənarlarını kipləşdirilməyiblər. Ona görə də yığılan suyu saxlaya bilmir və belə bir vəziyyət yaranır. Üstəlik hava da yağıntılı olanda buradakı insanların vəziyyətini izah etməyə söz tapmaq olmur. Bu boyda qəsəbə var, amma vahid kanalizasiya sistemi yoxdur. Həyət evlərində yaşayanlar kanalizasiya quyusundan istifadə etsələr də, heç vaxt belə mənzərə yaranmırdı", - deyə şikayətdə vurğulanıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramanada, Şuşa şəhərciyində vətəndaşların həyətinə su yığılmasının qurumla heç bir əlaqəsi yoxdur.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramana qəsəbəsinin M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evləri kənd təsərrüfatı təyinatlı torpaq sahələrində inşa edilmiş sənədsiz tikililərdir.

"Rayonun Bakıxanov, Sabunçu və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla, digər qəsəbələrində, o cümlədən Ramanada mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından məişət, yağış və qrunt sularının hər hansı bir istiqamətə axıdılaraq kənarlaşdırılmasında böyük çətinliklər yaranır.

Qeyd edək ki, mərkəzləşmiş kanalizasiya şəbəkəsinin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində icra olunur", - deyə açıqlamada vurğulanır.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:483
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Yanvar 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri