Bu yolda cərimə gəlsə, sildirə bilərsiniz AÇIQLAMA
Icma.az, Milli.az saytına istinadən bildirir.
Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yolun sağ zolağı sıradan çıxıb və istifadəyə qismən yararlıdır. Bu yol həm yoldan keçən insanların həyatını, həm də nəqliyyat vasitələrini təhlükə altına alır. Sürücülər sol zolaqla getmək istədikdə isə cərimə yazılır.
Bəs bu məsələ necə tənzimlənməlidir?
Nəqliyyat eksperti Yaşar Mustafayev Milli.Az-a bildirir ki, belə hallarda sürücüyə protokol tətbiq edilməməlidir. Çünki dağılmış yolda hərəkət edərkən qəza baş verə bilər, avtomobilin bəzi nasazlıqları yarana bilər. Ona görə də sürücünün məcburiyyət qarşısında sol zolaqla hərəkət etməsinə görə protokol tətbiq edilməməlidir.
Hüquqşünas Şamil Paşayev isə deyir ki, əgər sürücü dağılmış sıradan çıxmış yolda məcburiyyətdən sol zolaqla keçibsə və ona cərimə tətbiq olunubsa, məhkəməyə müraciət edə bilər. Sürücünün məhkəmə vasitəsilə həmin qərarı ləğv etdirməsi mümkündür. Həmçinin, həmin yolda avtomobildə dəyən zərərə görə də vətəndaş təzminat tələb edə bilər.
Qeyd edək ki, Yol Hərəkəti haqqında qanunda bildirilir ki, yaşayış məntəqəsindən kənarda yolun sağ zolağı boş olduğu halda, sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində isə bu əmələ görə 40 manat cərimə nəzərdə tutulur.
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















