Bu zərərin əvəzini kim ödəməlidir? İrandan sərt ismarıc
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hörmüz boğazı və ətraf suların ekoloji təhlükəsizliyi boğazın idarə olunması ilə bağlı gələcək razılaşmaların ayrılmaz hissəsi olmalıdır.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, son günlər Qeşm adası sahillərində neft çirklənməsini əks etdirən görüntülər yayılıb:
“İlkin məlumatlara əsasən, çirklənmənin mənbəyi xarici yük gəmisi ola bilər. Neft izləri sahilin ən azı üç hissəsində və dənizin ayrı-ayrı ərazilərində aşkarlanıb. Bu zərərin əvəzini kim ödəməlidir? Bölgəmizdən ixrac olunan ucuz enerjini istehlak edən ölkələr, gəmiçiliyə xidmət göstərən sığorta şirkətləri, yoxsa Fars körfəzi və Oman dənizini hərbi əməliyyatlar və dağıdıcı silahların sınaq meydanına çevirən təcavüzkarlar və onların tərəfdaşları? Fars körfəzi və Oman dənizi boyunca ən uzun sahil xəttinə malik olan İran baş verənlərə biganə qala bilməz. Hörmüz boğazından həyata keçirilən ticarət gəmiçiliyindən faydalanan hər bir tərəf Fars körfəzi və Oman dənizinə dəymiş ekoloji ziyanın aradan qaldırılmasında iştirak etmək üçün həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 16 Avqust 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















