Icma.az
close
up
RU
Məcburi köçkünün vurduğu zərərin pulunu kim ödəməlidir? Məsuliyyəti o daşıyır”

Məcburi köçkünün vurduğu zərərin pulunu kim ödəməlidir? Məsuliyyəti o daşıyır”

Icma.az, Yenisabah saytına istinadən bildirir.

"Mənzilə vurulmuş hər hansı zərərlə bağlı həmin mənzildə məskunlaşmış məcburi köçkün ailəsi məsuliyyət daşıyır”.

Bu sözləri “Yeni Sabah”a vəkil Sadiq Əfəndiyev deyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ("Qaçqınkom") "Böyük Qayıdış" çərçivəsində işğaldan azad edilmiş ərazilərə bu günədək başqasının mənzilində məskunlaşmış 192 ailə (687 nəfər) köçürülüb. pizza

Boşalmış mənzillərin həqiqi sahibləri yaşayış yerinin vəziyyəti ilə bağlı müəyyən şikayətlər səsləndirir. 

Bu əsnada Safiq Əfəndiyev bildirib ki, dövlətin dəymiş zərəri ödəmək öhdəliyi yoxdur:

“1990-cı illərdə məcburi köçkünlərin bir qismi boş evlərə, mənzillərdə məskunlaşıb. Həmin vaxt prezident Heydər Əliyevin fərmanına istinadla məcburi köçkünlər öz evlərinə qayıdana kimi, onlar yaşadıqları ünvanlardan çıxarılmadı. Yəni məlum fərman məcburi köçkünlər üçün hüquqi əsas rolunu oynadı.

Bundan sonra, bu hallarla bağlı əmlak sahibləri yerli məhkəmələrə müraciətlər etdi. Məhkəmələr həmin fərmana əsaslanıb, iddialara baxışdan yayındı”.

Vəkilin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi bu barədə qərar qəbul edib:

“Mülkiyyətçilər Avropa Məhkəməsinə müraciət etdi. Avropa Məhkəməsi bu barədə belə bir qərar qəbul etdi ki, dövlət qaçqınların yerləşməsini vətəndaşların hesabına həyata keçirə bilməz. Yəni bunu dövlətin özü etməlidir və ayrı-ayrı mülkiyyətçilərin mülkiyyət hüququ toxunulmazdır.

Daha sonra məhkəmələr həmin iddiaları təmin etməyə başladı. Ancaq bu o demək deyil ki, dövlət hansısa məcburi köçkünün zərər vurduğu mənzillə bağlı xərcləri ödəsin. Hər bir halda, mülkiyyətçinin hüququ var ki, mülki iddia qaydasında məhkəməyə müraciət və sübutları təqdim etsin.

Mənzilə vurulmuş hər hansı zərərlə bağlı həmin mənzildə məskunlaşmış məcburi köçkün ailəsi məsuliyyət daşıyır. Zərərvuran, zurduğu zərər görə, mülki-hüquqi məsuliyyət daşıyır”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Avqust 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri