Budanov Əbu Dabidə rus dilində danışdığına görə cərimə ödəməyəcək
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Kirill Budanov Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə keçirilən danışıqlar zamanı rus dilinə keçdiyinə görə cərimələnməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın dövlət dilinin müdafiəsi üzrə müvəkkili Yelena İvanovskaya məlumat verib.
Ukraynanın “Liga.net” nəşrinin yazdığına görə, İvanovskaya Zelenskinin Ofisinin rəhbərinə qarşı sanksiyaların tətbiq edilməsi ehtimalı ilə bağlı suala cavabında bildirib:
“Dil qanunvericiliyi səfirliklərin ərazisi istisna olmaqla, yalnız dövlətin sərhədləri daxilində qüvvədədir”.
Xatırladaq ki, Budanov bir gün əvvəl Əbu-Dabidə üçtərəfli danışıqların yekunlarına dair mətbuat konfransında rus dilində danışmağa başlayıb.
Qərb nəşrlərindən birinin jurnalisti ona danışıqların təfərrüatları ilə bağlı ingilis dilində sual verib.
Budanov ingilis dilində jurnalistdən sualı tərcümə etməsini xahiş edib, daha sonra isə rus dilində danışmağa başlayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 12 Noyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















