Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Büdcə maliyyə sahəsində islahatların yeni hədəfləri

Büdcə maliyyə sahəsində islahatların yeni hədəfləri

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət maliyyəsinin səmərəli idarə edilməsi ilə bağlı əlavə tədbirlər büdcə vəsaitlərinin xərclənməsində şəffaflığı gücləndirəcək

Prezident İlham Əliyev “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Sənədə əsasən, ölkəmizdə fiskal siyasətin təkmilləşdirilməsini, dövlət maliyyəsi, mühasibat uçotu, dövlət xəzinədarlığı və dövlət maliyyə nəzarəti sahəsində islahatlar aparılması, dövlət büdcəsi gəlirlərinin formalaşma mənbələrinin təkmilləşdirilməsi, dövlət büdcəsi xərclərinin optimallaşdırılması, habelə rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli icra və nəzarət mexanizminin yaradılması nəzərdə tutulur.

Maliyyə Nazirliyinə (MN) qurumun fəaliyyət istiqamətlərinə aid olan sahələrdə maliyyə vəsaitlərinin hərəkəti ilə bağlı daha müasir alətlərin tətbiq olunması məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması tapşırılıb. “Rəqəmsal dövlət maliyyəsi” elektron resurslarına büdcə və fiskal sahələrlə bağlı bütün detalllı və zəruri məlumatlar və alt-məlumatlar toplanacaq. Belə ki, büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin hərəkəti üzrə ən kiçik informasiyalar bu resurslarda yerləşdiriləcək. Əsas məqsəd bu bazada yerləşən maliyyə-fiskal büdcə hərəkətlərinin şəffaf izlənməsi və nəticədə səmərəli idarəetmə arxitekturasının qurulmasıdır.

“Rəqəmsal dövlət maliyyəsi”ndə bütün büdcə məlumatları əks etdiriləcək

Maliyyə Nazirliyi yaxın 3 ay ərzində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin əsasnaməsinin layihəsini hazırlayaraq hökumətə təqdim edəcək. Eyni zamanda, dövlət orqanlarının, dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi məqəsdilə yeni təkliflər paketi hazırlanacaq. Habelə adıçəkilən təşkilatların illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili qaydaları layihəsi tərtib olunacaq. Digər bir məqam dövlətə məxsus səhmdar qurumların və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrlərinin hazırlanmasıdır. Həmin qurumların hər birinin fəaliyyətinin monitorinqi məqsədilə xüsusi müşahidə sistemi yaradılacaq. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitin istifadəsi, büdcə ssudaları, dövlət sifarişi ilə həyata keçirilən layihələr, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icra edilməsi və bütün bank hesabları barədə məlumatları Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən müşahidə mexanizmi yaradılacaq ki, dövlət maliyyəsində hansısa nöqsan olduğu halda dərhal təsirli tədbirlər görüləcək. Yeri gəlmişkən, adı qeyd edilən hüquqi və publik hüquqi şəxslər öz maliyyə icra göstəriciləri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə də məlumatları təqdim edəcək.

Ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizası aparılacaq

Bundan başqa, dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satınalınması elektron müqavilələr əsasında həyata keçirilməklə, bütün müqavilələr elektron qaydada bağlanılacaq. Dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələrinin və digər infrastruktur layihələrinin isə maliyyə ekspertizası aparılacaq. Həmçinin, büdcə təşkilatları və digər hüquqi şəxslərdə (eləcə də publik hüquqi şəxslər) maliyyə strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizası həyata keçiriləcək. Məqsəd hansısa qurumda artıq və ya süni ştat vahidinin saxlanmasının qarşısını almaqdır.

Maliyyə Nazirliyi öz mandatına uyğun olaraq dövlət vəsaitindən istifadə üzrə maliyyə qaydalarının pozulması və bu vəsaitdən təyinatı üzrə istifadə edilməməsi hallarına görə məsuliyyət tədbirlərini təkmilləşdirəcək. Bu, hansısa qurumun büdcə vəsaitlərindən sui-istifadə niyyətlərinin qarşısının alınmasında təsirli mexanizmlərdən biri olacaq.

Açıq büdcə siyasəti faydasını verir

Qeyd edək ki, ölkəmizdə şəffaf və hesabatlı büdcə, səmərəli maliyyə idaretmə sistemi maliyyə orqanlarının əsas məqsəd və prinsiplərindən biridir. Azərbaycan son illərdə dövlət maliyyəsinin idarə olunmasında şəffaflıq göstəricisi kimi mühüm alətlərə üstünlük verərək maliyyə siyasətini xeyli təkmilləşdirib. Belə ki, büdcə məlumatlarının ictimaiyyətə əlçatanlığı (Open Budget Index), büdcə prosesində ictimai iştirakçılıq səviyyəsi (Public Participation), qanunverici hakimiyyət orqanı və ali audit orqanının rolu və fəaliyyəti (Budget Oversight) meyarları sahəsində kifayət qədər müsbət nəticələr əldə olunub. Eləcə də, maliyyə orqanı tərəfindən hər il ilkin büdcə bəyanatının açıqlanması, büdcə layihəsinin funksional təsnifatı, Vətəndaşın Büdcə Bələdçisinin hazırlanması və ictimaiyyətə təqdim edilməsi, dövlət büdcəsinin icrasına dair aylıq, yarımillik və illik hesabatların açıqlanması, dövlət büdcəsinin icrasına dair audit hesabatı maliyyə-büdcə nəzarəti siyasətinin son illərdə təkmilləşdirməsinin mühüm göstəricisi hesab edilə bilər.

Azərbaycan Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatının (International Budget Partnership) tövsiyələri əsasında özünün maliyyə sistemini daha da təkmilləşdirir.

Hazırda icra olunan 2025-ci ilin dövlət büdcəsi layihəsi də dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra fiskal alətlər, həmçinin  “Açıq Büdcə Sorğusu”nun metodologiyasına uyğun olaraq, ictimaiyyətə açıqlıq metodologiyası və şəffaflıq prinsiplərinin təmin olunması məqsədi ilə hazırlanıb. Məhz bunun nəticəsidir ki, son iki ildə açıqlanan “Açıq Büdcə İndeksi “ hesabatlarında Azərbaycan öz göstəricilərini yaxşılaşdırır. Respublikamız ölkələr adekvat büdcə açıqlığına malik ölkələr qrupunda yer alır. Azərbaycan, həmçinin, dövlət maliyyəsinin idarə olunmasında Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflığın Ən Yaxşı Təcrübələr Məcəlləsi”, “Lima Bəyannaməsi”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal Şəffaflıq üzrə Ən Yaxşı Təcrübələr” və “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs”ünə önəm verərək maliyyə sənədi tərtib edir. Yeri gəlmişkən, yaxın günlərdə hökumətə təqdim olunacaq 2026-cı ilin büdcə layihəsi də həmin nümunəvi modelə əsaslanacaq.

Beləliklə, yuxarıda qeyd edilən detalların hər biri dövlət büdcəsindən ayrılan vəsaitlərin hər manatının təyinatı üzrə səmərəli xərclənməsinin təmin edilməsi, büdcə nəzarəti prinsiplərinin gücləndirilməsi və dövlət maliyyəsinin xərc aktlarının hesabatlılığı və şəffaflığının tamamilə təmin olunmasıdır. 

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri