Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Bu rayona yeni polis rəisi təyin edildi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Liqa 1: Marsel darmadağına sevindi

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584 (Cild I); 2025, № 1, maddə 6) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 1.1.6-cı maddədən “müvafiq icra hakimiyyəti orqanlarının və” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 1.1.12-5-ci maddə əlavə edilsin:

“1.1.12-5. dividend – dövlət müəssisələrinin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətdən dövlət büdcəsinə edilən ödəniş;”;

1.3. 1.1.24-cü maddədən “mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri,” sözləri çıxarılsın;

1.4. 1.1.37-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.38-ci maddə əlavə edilsin:

“1.1.38. uzunmüddətli dövr – beş və daha çox ili əhatə edən dövr.”.

2. 5.4-cü maddədə “növbəti büdcə ilində onların gəlirlərinə daxil edilir” sözləri “vahid xəzinə hesabının sərbəst qalığına köçürülür” sözləri ilə əvəz edilsin.

3. 9-cu maddə üzrə:

3.1. 9.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“9.1.3. dividendlər;”;

3.2. aşağıdakı məzmunda 9.1.3-1-ci maddə əlavə edilsin:

“9.1.3-1. digər gəlirlər.”.

4. 10-cu maddə üzrə:

4.1. 10.1-ci maddə üzrə:

4.1.1. 10.1.1-ci maddədən “faiz üzrə ödənişlər,” sözləri çıxarılsın;

4.1.2. 10.1.2-ci maddədə “və səhmlərin alınması” sözləri “, səhmlərin alınması və layihələrdə iştirak payı” sözləri ilə əvəz edilsin;

4.1.3. 10.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“10.1.3. borca xidmət üzrə xərclər.”;

4.2. 10.3-cü maddənin ikinci cümləsinə “18.4-cü” sözlərindən sonra “, 18.4-1-ci” sözləri əlavə edilsin.

5. 11.7-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanması, istifadə edilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.”.

6. 11-1-ci maddə üzrə:

6.1. 11-1.1–11-1.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“11-1.1. Ortamüddətli və uzunmüddətli dövr üzrə makrofiskal siyasət çərçivəsində icmal büdcənin qeyri-neft baza kəsirinin və dövlət borcunun idarəedilməsi məqsədilə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər 4 ildən bir ortamüddətli dövrün sonu üçün müəyyən edilir.

11-1.2. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin növbəti ortamüddətli dövrün sonuna hədəflənən yuxarı hədləri başa çatan ortamüddətli dövrün sonuncu ilində müəyyən edilir.

11-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin bu Qanunun 11-1.2-ci maddəsinə uyğun olaraq ortamüddətli dövrün sonuna müəyyən edilmiş yuxarı həddini rəhbər tutaraq həmin ortamüddətli dövrün illəri üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti üzrə əməliyyat (aralıq) hədəflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla formalaşdırır və müvafiq illərin icmal və dövlət büdcəsinin layihələrinin tərtibi zamanı nəzərə alır.”;

6.2. 11-1.4-cü maddə ləğv edilsin.

7. 12.1.3-cü maddəyə “istiqamətləri” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydaya uyğun ortamüddətli dövr üçün hədəf göstəriciləri” sözləri əlavə edilsin.

8. 16-cı maddə üzrə:

8.1. 16.1.6-cı maddədə “və iqtisadi təsnifata uyğun olaraq paraqraflar” sözləri “təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf və iqtisadi təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddə” sözləri ilə əvəz edilsin;

8.2. 16.1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“16.1.9. daxili və xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri;”.

9. aşağıdakı məzmunda 18.4-1-ci maddə əlavə edilsin:

“18.4-1. Bu Qanunun 6.4-cü və 6.5-ci maddələrinə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılır.”.

10. 19-cu maddə üzrə:

10.1. 19.2-ci maddə üzrə:

10.1.1. birinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Büdcə ili ərzində bu Qanunun 18.4-cü və 19.6-cı maddələrinə uyğun olaraq dövlət büdcəsinin xərcləri üzrə aparılmış maliyyə əməliyyatları həmin ilin dövlət büdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlarda aparılmış dəyişikliyə müvafiq əks etdirilir və bu Qanunun 16.1.17-ci və 16.1.18-ci maddələrinə uyğun olaraq təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilmir.”;

10.1.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

“Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı bu Qanunun 19.5-1.1–19.5-1.3-cü maddələrində göstərilən ödənişlər icra edilməklə bu Qanunun 19.2-1-ci maddəsində müəyyən olunmuş qaydada idarə olunur və (və ya) idarəetməyə verilir.”;

10.2. aşağıdakı məzmunda 19.2-1-ci və 19.2-2-ci maddələr əlavə edilsin:

“19.2-1. Büdcə ili ərzində vahid xəzinə hesabının qalığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir. Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

19.2-2. Büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə bilər.”;

10.3. 19.3-cü maddədən “dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan” sözləri çıxarılsın;

10.4. 19.4-cü və 19.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“19.4. Cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda, belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.

19.5. İlin sonuna bütün xəzinə hesablarının qalıqları (bu Qanunun 19.5-1.2.2-ci və 19.5-1.2.3-cü maddələrində nəzərdə tutulmuş vəsaitlərə münasibətdə yalnız onların xərclərinin maliyyələşdirilməsi məqsədilə) vahid xəzinə hesabına köçürülür.”;

10.5. aşağıdakı məzmunda 19.5-1-ci maddə əlavə edilsin:

“19.5-1. Vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakı istiqamətlərə yönəldilir:

19.5-1.1. bu Qanunun 15.4-сü maddəsi tətbiq edildiyi halda bu Qanunun 7-ci maddəsində göstərilən xərclərin maliyyələşdirilməsinə;

19.5-1.2. dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin (fərqin) maliyyələşdirilməsinə:

19.5-1.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri;

19.5-1.2.2. Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda);

19.5-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda).

19.5-1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılmasına.”;

10.6. 19.6-cı maddəyə “fonduna” sözündən sonra “və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna” sözləri əlavə edilsin.

11. 20-ci maddə üzrə:

11.1. 20.6.4-cü maddədən “və inzibati” sözləri çıxarılsın;

11.2. aşağıdakı məzmunda 20.6-1-ci maddə əlavə edilsin:

“20.6-1. Müvafiq hesabat ili üzrə dövlət büdcəsinin inzibati təsnifata uyğun olaraq xərclərinin icrasının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”.

12. 27.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“27.4. Büdcədənkənar dövlət fondlarının sərbəst vəsaitləri qanunla nəzərdə tutulmuş hallarda investisiyaya yönəldilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2025-ci il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Avqust 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see207

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see198

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see168

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see155

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

07 Noyabr 2025 23:49see140

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see134

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see133

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see132

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see130

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see129

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see129

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see126

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri