Icma.az
close
up
RU
Budris Ukrayna və ABŞ arasında yeraltı sərvətlərlə bağlı sazişi şərh etdi

Budris Ukrayna və ABŞ arasında yeraltı sərvətlərlə bağlı sazişi şərh etdi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Litvanın xarici işlər naziri Kestutis Budris Ukraynanın ABŞ ilə faydalı qazıntıların hasilatı şərtləri barədə əldə etdiyi razılaşmanı müsbət addım kimi qiymətləndirib və bu prosesdə Avropanın rolunu vurğulayıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqəti” LRT radiosuna istinadla yazır.  

"Ukrayna və ABŞ strateji sektorlardan biri – təbii sərvətlərin hasilatı və emalı sahəsində əməkdaşlıqda maraqlıdır. Bu, əslində yaxşı niyyətdən xəbər verir. Hər iki ölkə görür ki, onlar bu sahədə fəaliyyət göstərməklə gələcək əməkdaşlıq üçün imkanlar yarada bilərlər", – deyə Litvanın XİN rəhbəri bildirib.  

Tərəflərin cümə günü razılaşmanı imzalayacağı gözlənilir. Kiyev isə Vaşinqtonun gələcəkdə ona təhlükəsizlik zəmanətləri verməsinə ümid edir.  

"Ukrayna danışıqlar prosesində öz mövqeyini qoruyaraq, öz milli maraqlarına zidd olan şərtləri qəbul etməmək hüququna malik idi. Düşünürəm ki, burada Avropanın rolu əhəmiyyətli olub. Biz ukraynalı tərəfdaşlarımızı inandırdıq ki, onlar öz maraqlarına yad olan və milli mənafelərini poza biləcək heç bir şərti qəbul etməməlidirlər", – deyə Budris vurğulayıb.  

Razılaşmaya əsasən, ABŞ Ukraynanın yeraltı sərvətlərinin birgə işlənməsində iştirak edəcək və əldə olunan gəlirlər Ukrayna və Amerika üçün "ortaq" olacaq yeni yaradılmış fonda yönəldiləcək. Bu barədə çərşənbə axşamı gecə AFP agentliyinə adının açıqlanmasını istəməyən yüksək rütbəli ukraynalı mənbə məlumat verib.  

Həmin mənbə əlavə edib ki, müqavilənin layihəsində təhlükəsizliklə bağlı bəndlər olsa da, ABŞ-ın Ukraynaya konkret öhdəlikləri açıq şəkildə göstərilməyib – halbuki bu, əvvəlki dövrlərdə Kiyevin əsas tələblərindən biri olub.  

Bundan əvvəl, çərşənbə axşamı Ukrayna və ABŞ arasında yeraltı sərvətlər haqqında razılaşmanın yekun şərtlərinin razılaşdırıldığı məlum olub. Ukrayna tərəfi bildirir ki, sənəddən onlar üçün ən əlverişsiz müddəalar çıxarılıb.


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri