Buffon: “Keyn “Qızıl top”a layiq idi”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon Harri Keynin 2026-cı ilin “Qızıl top” mükafatını qazanmasını şərh edib.
İdman.Biz xəbər verir ki, Buffon ingiltərəli hücumçunun bu uğura layiq olduğunu bildirib:
“Düşünürəm ki, o, bu mükafata layiq idi. Son 10 ildə çox yüksək səviyyədə çıxış edib. Bu il isə 75 qol vurub. Bu, inanılmaz göstəricidir. Bununla belə, Mbappe və ya Lamin Yamal mükafatı qazansaydı, onların da buna layiq olduğunu düşünərdim”.
Sabiq qapıçı qalibin kim olacağına dair əvvəlcədən əminliyinin olmadığını da söyləyib:
“Əmin deyildim, amma Mbappe və ya Lamin Yamalın mükafatı qazana biləcəyini düşünürdüm”.
Buffon qarşıdakı 10 ildə “Qızıl top” uğrunda mübarizədə önə çıxa biləcək futbolçuları da sadalayıb:
“Məncə, bu mükafatı qazana biləcək ən yaxşı futbolçular Mbappe və Lamin Yamaldır. Bellinqem və ya “Barselona”dan başqa bir futbolçu kimi sürpriz qalib də ola bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 13 Noyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















