Icma.az
close
up
RU
Buğdanın qiyməti enir Çörək nə vaxt ucuzlaşacaq?

Buğdanın qiyməti enir Çörək nə vaxt ucuzlaşacaq?

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanın ərzaqlıq taxıl idxalının təxminən 75 faizi xaricdən təmin olunur. Bu idxalın da 95–98 faizi Rusiyanın payına düşür. Bu baxımdan, Rusiyada taxıl qiymətlərinin enməsi, Azərbaycanın da idxal etdiyi buğdanın qiymətinə təsir göstərməsi gözləniləndir”.

Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

İqtisadçının sözlərinə görə, bu təsir bir qədər zamanla baş verir, çünki buğda alışları fyuçers müqavilələrlə, yəni bir neçə ay əvvəldən bağlanan razılaşmalarla həyata keçirilir. Bu səbəbdən bazarda baş verən qiymət dəyişiklikləri dərhal deyil, bir neçə ay sonra Azərbaycanın daxili bazarına təsir edə bilər:


"Mən London birjasındakı qiymətlərə baxdım, orada da buğdanın qiymətlərində iyun ayı ərzində azalma müşahidə olunur. Son bir ildə təxminən 11 faiz ucuzlaşma qeydə alınıb. Rusiyanın da taxıl bazarında qiymət enişi tendensiyası müşahidə edilir. Bu da Azərbaycana idxal olunan buğdanın daha ucuz qiymətə başa gəlməsinə səbəb ola bilər", – deyə iqtisadçı əlavə edib.

Müsahibimiz qeyd edib ki, Azərbaycanın əsas buğda tədarükçüsü Rusiyadır. Qazaxıstandan idxal həcmi çox cüzidir, Ukraynadan isə son illərdə, xüsusilə müharibədən sonra, demək olar ki, heç bir idxal həyata keçirilmir.

"Buğda əmtəə məhsuludur, yəni beynəlxalq bazarlarda ticarət olunan mallardandır. Buna görə də buğda qiymətləri təkcə bir ölkədə deyil, dünya bazarlarında formalaşır. Məsələn, necə ki, neft və ya qızılın qiyməti birjada müəyyən olunur və qlobal təsirlər nəticəsində dəyişir, buğda da həmin prinsiplərlə qiymətlənir", – deyə Kərimli vurğulayıb.

Qeyd edək ki, son aylarda Rusiyada taxılın qiymətində eniş müşahidə olunur. Mütəxəssislərin bildirdiyinə görə, həm daxili tədarükün artması, həm də beynəlxalq bazarlarda buğdaya olan tələbatın nisbətən zəifləməsi qiymətlərə təsir göstərib. Rusiyanın kənd təsərrüfatı sektoru üzrə məlumatlara əsasən, 2025-ci ilin iyun ayında yerli bazarda buğdanın qiyməti son bir ilə nisbətən təxminən 10–12 faiz ucuzlaşıb.

Gülbəniz Hüseynli/ Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 İyun 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri