Icma.az
close
up
RU
Bulvar İdarəsi İŞİ: Pulları ona verirlərmiş

Bulvar İdarəsi İŞİ: Pulları ona verirlərmiş

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, proses şahid ifadələri ilə davam edib.

Şahid B.A. 2018-ci ildən "Park Bulvar"da əmək müqaviləsi ilə işlədiyini deyib:

"2020-ci ildə VÖEN açdırdım. Əməkhaqqım 600 manat idi, qış aylarında isə 300 manata endirilirdi. Buna səbəb kimi həmin dövrdə işin zəif olması göstərilirdi. Hazırda da orada işləyirəm. Velosiped və velokartların fəaliyyətinə, həmçinin xəzinəyə nəzarət edirdim".

Digər şahid Ə.E. bildirib ki, ərazidə yerləşən obyektlərlə müqavilələrin bağlanmasına nəzarət edib.

Onun sözlərinə görə, obyektlərdən toplanan pullar kassa çeki ilə ona təhvil verilib:

"Mən də həmin pulları Fuad müəllimə verirdim. Yayda iş normal olurdu, qışda isə zəifləyirdi. Fuad müəllim əraziyə gətirilən gül və yaşıllaşdırma işlərinə cavabdeh idi. Bəzən Yeni il bəzəkləri üçün "Sədərək"dən aldığımız məhsullara görə borcumuz qalırdı".

Növbəti məhkəmə iclası oktyabrın 7-ə təyin olunub.

Xatırladaq ki, cinayət işi Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanıb.

İttihama əsasən, İlqar Mustafayevin digər şəxslərlə cinayət əlaqəsinə girərək qurumun ərazisindəki qeyri-yaşayış sahələrinin icarəsi, kommersiya obyektləri, gəmi gəzintiləri və başqa fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Bundan başqa, onun 1 milyon 800 min manatdan artıq vergini dövlət büdcəsinə ödəməkdən yayındığı, cinayət yolu ilə əldə edildiyi iddia olunan 10 milyon manatdan artıq vəsaiti özü və qohumlarının adına əmlaklar almaqla leqallaşdırdığı bildirilir.

İlqar Mustafayev barəsində həbs, digər təqsirləndirilən şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 11 milyon manatdan artıq dəyəri olan əmlak üzərinə həbs qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:13
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Sentyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

5 ildir kaşkilərlə yaşayıram Video

28 Sentyabr 2026 23:26see141

Barselona nın ulduzu PSJ və Real a qarşı oyunları buraxacaq

28 Sentyabr 2026 23:28see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri