Icma.az
close
up
RU
Bulvarda 2 kvadratlıq yeri 14 min 500 manata icarəyə verirmişlər Sədrin MƏHKƏMƏSİ

Bulvarda 2 kvadratlıq yeri 14 min 500 manata icarəyə verirmişlər Sədrin MƏHKƏMƏSİ

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində "Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayev açıq ürək əməliyyatı olunmalı olduğunu bildirib:

"Ürəyimə stend qoyulmuşdu. Həkimlər artıq açıq ürək əməliyyatı olmalı olduğumu bildirirlər. Hər an hər şey ola bilər. Odur ki, sizdən xahiş edirəm prosesi tez yekunlaşdıraq. Buraxacaqsınızsa, gedib müalicəmlə məşğul olardım".

Hakim İ.Mustafayevin hazırda saxlanıldığı müalicə müəssisəsindən məhkəməyə müraciət daxil olduğunu və müəssisədə təqsirləndirilən şəxsin şərait və avadanlıqlarla əlaqədar digər məkana köçürülməsinə ehtiyac olduğunu deyib.

Daha sonra Dənizkənarı Bulvar İdarəsinin Auditlərə nəzarət Şöbəsinin nümayəndəsi ifadə verərək, qurumun İlqar Mustafayevdən şikayətinin olmadığını deyib. 

Nümayəndə vəkilin suallarına cavab olaraq bildirib ki, 2023-2024-cü illərdə alınanlarla bağlı hesabat sənədləri hazırda onda olmadığı üçün cavab verə bilməyəcək. Vəkil, həmin illərdə alınan texnikanı, xidmət göstərən obyeklərin sayını, nağd vəsaitələrin toplanması qaydasını, bu işə hansı işçilərin cəlb olunmasını və digər məsələlərlə bağlı sənədləri gələn prosesdə gətirməyini xahiş edib.

Vəkil, 2023-cü il xərclərin 7 milyon 800 min manat olduğunu, ötən il isə 14 milyona qalxdığını bildirib. O, nümayəndədən işçi sayının yoxsa maaşların artdığını soruşub.

Nümayəndə sənədləri aldıqdan sonra cavablandıracağını bildirib.

İfadə verən Dövlət Vergi Xidmətinin nümayəndəsi ötən il Dəniz Kənarı Bulvar İdarəsində vergi yoxlaması keçirildiyini bildirib.Yoxlama zamanı müəyyən olunub ki, idarənin ərazisində yerləşən icarəyə verilmiş iaşə obyektlərində icarə haqqı müəyyən edilməyib. Ekspert rəylərinə əsasən, "Mirvari" gəmisində  44475 nəfər sərnişin daşınmasına baxmayaraq bununla bağlı sənədləşmə aparılmayıb və vergidən yayınma halı baş verib.

O, sualları cavablayarkən bildirib ki, pandemiya ilə əlaqədar qapanmalar zamanı bulvarda vergi yoxlamalarında mənfəət vergisinin hesablanması və ya daha az olması ilə bağlı faktlara yoxlamanı aparan şəxs cavab verə bilər.

Vəkil əlavə edib ki, ekspert rəyində "Azərloteraya" köşkü üçün 3 min manat, "Batut" atraksiyonu üçün 20 min manat, 2 kvadrat metr "Coca-Cola" köşkü üçün isə 14 min 500 manat icarə haqqı qeyd olunub. Bununla bağlı verginin necə hesablandığını və İlqar Mustafayevdən hansı əsasla tutulduğunu soruşub.

İlqar Mustafayev də bildirib ki, onun həmin köşkləri icarəyə vermək kimi hüququ yoxdur.

Növbəti proses dekabrın 22-nə saat 15:00-a təxirə salınıb.

Xatırladaq ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Dekabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri