Bundan sonra Milli Məclisin iclasları onlayn keçiriləcək?
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Milli Məclisin iclaslarının onlayn formatda keçirilməsi imkanları müzakirə mövzusuna çevrilib. Maraqlıdır, bu praktikada nə dərəcədə mümkündür və hansı hallarda tətbiq oluna bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, Milli Məclisin iclaslarının onlayn keçirilməsi qanunvericilikdə nəzərdə tutulur:
“Əlbəttə, Milli Məclisin onlayn keçirilməsi mümkündür. Bu, hətta qanunvericilikdə də əksini tapıb. Lakin bunun konkret şərtləri var. Pandemiya dövründə bu mexanizmi qəbul etmişik. Fövqəladə hallar və digər zəruri vəziyyətlərdə bu məsələ aktuallaşa bilər”.
Deputat qeyd edib ki, hazırkı şəraitdə buna ciddi ehtiyac yoxdur:
“Hazırda elə bir zərurət yoxdur. Amma müəyyən şərtlər daxilində Milli Məclisin iclaslarının onlayn formada keçirilməsi mümkündür”.
Beləliklə, deputatın sözlərinə görə, onlayn iclas mexanizmi istisna hallarda tətbiq edilə bilər və bu, əsasən fövqəladə vəziyyətlər üçün nəzərdə tutulub.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 09 Fevral 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















