Icma.az
close
up
RU
Bundesliqa: “Bavariya” yeni mövsümdə ideal startını davam etdirə biləcəkmi? in İCMALI

Bundesliqa: “Bavariya” yeni mövsümdə ideal startını davam etdirə biləcəkmi? in İCMALI

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bundesliqanın səkkizinci turu liderlər üçün bir sıra ciddi sınaqlar gətirir. Amma, yəqin ki, əsas intriqa “Bavariya”nın ideal startını davam etdirib-etdirə bilməsindədir.

İdman.Biz Almaniya Bundesliqasının səkkizinci turunun əsas oyunlarına baxış təqdim edir.

“Borussiya” (Münhenqladbax) - “Bavariya” (25 oktyabr)

“Bavariya” mövsümə 100 faiz nəticə ilə başlayıb və turnir cədvəlinə başçılıq edir. Menxenqladbaxdakı oyuna çıxmazdan əvvəl Münhen təmsilçisində Cəmal Musiala (baldır sümüyünün sınığı), Hiroki İto (ayaq pəncəsinin sümüyü sınığı) və Yosip Stanişiç (bağ zədəsi) sıradan çıxıb. Serj Qnabri yüngül əzələ narahatlığı səbəbindən qorunur, Alfonso Deyvis isə meydana qayıtmağa yaxındır. Meydan sahibləri isə uğursuz start və payız ərzində davam edən kadr problemləri ilə üz-üzədir.

“Auqsburq” – “Leyptsiq” (25 oktyabr)

“Leyptsiq” ikinci pillədə qərarlaşıb və yaxşı seriyadadır, “Auqsburq” isə cədvəlin aşağı hissəsindədir. Qonaqlarda Amadu Haydara və bir neçə müdafiəçinin zədəli olduğu bildirilir. Həmçinin sentyabrda Lukas Klostermannın da müəyyən problemlərlə üzləşdiyi qeyd olunurdu.

“Borussiya”(Dortmund) - “Köln” (25 oktyabr)

Dortmund təmsilçisi ilk dördlükdə yer alır və mövsümə uğurlu başlayan “Köln”ü qəbul edir. “Borussiya”da Jülyen Duranvil (çiyin zədəsi) meydana çıxa bilməyəcək, Emre Can isə qasıq nahiyəsində ağrılar hiss edir. “Köln”də hücum və yarımmüdafiə xəttində uzunmüddətli itkilər var – Marius Byülter və Lukas Valdşmidt zədəli futbolçular arasındadır.

“Bayer” – “Frayburq” (26 oktyabr)

“Bayer” liderləri izləyən komandalar sırasındadır və evdə dayanıqlı “Frayburq”la qarşılaşacaq. Leverkuzen klubunda Malik Tillman (bud əzələsində yüngül zədə, təxminən iki həftəlik fasilə) və Eksekiel Palasios (baldır sümüyü sınığı, uzunmüddətli itki) sıradan çıxıb. Aleks Qrimaldo baş nahiyəsindən aldığı zədə səbəbindən əlavə müayinədən keçib – onun vəziyyətinə matç günü aydınlıq gələcək. Qonaqlarda isə qapıçılar Noa Atubolu və Florian Müller, eləcə də Daniyel-Kofi Kyerex zədə səbəbindən oynaya bilməyəcək.

“Ayntraxt” – “Sankt-Pauli” (25 oktyabr)

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Ayntraxt” turnir cədvəlinin ortasında qərarlaşıb və heyət itkisi ilə üzləşib – Oskar Höylund bud əzələsindəki zədə səbəbindən sıradan çıxıb, müdafiəçi Elias Baum da zədəlilər sırasındadır. “Sankt-Pauli”də isə müdafiəçi David Nemeth hələ də bərpa olunmayıb, həmçinin müdafiə xəttində bir neçə itki mövcuddur.

Digər oyunlar və turnir cədvəli

“Verder” – “Union” (24 oktyabr) 1:0

“Hamburq” – “Volfsburq” (25 oktyabr)

“Hoffenhaym” – “Haydenhaym” (25 oktyabr)

“Ştutqart” – “Maynts” (26 oktyabr)

Hazırda turnir cədvəli belədir:

“Bavariya” – 21 xal

“Leyptsiq” – 16

“Ştutqart” – 15

“Borussiya” Dortmund – 14

“Bayer” – 14

“Köln” – 11

“Verder” – 11

“Ayntraxt” – 10

“Hoffenhaym” – 10

“Union” – 10

“Frayburq” – 9

“Hamburq” – 8

“Auqsburq” – 7

“Sankt-Pauli” – 7

“Volfsburq” – 5

“Maynts” – 4

“Haydenhaym” – 4

“Borussiya” (Münhenqladbax) – 3

Teymur Tuşiyev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Oktyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri